Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya çempionatında iştirak edəcək idmançı şagirdlərlə görüş keçirilib

 Dünya çempionatında iştirak edəcək idmançı şagirdlərlə görüş keçirilib


Newscenter.az.29.03.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) voleybol idman növü üzrə dünya çempionatında ölkəmizi təmsil edəcək 269 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət komanda ilə görüş keçirilib. Newscenter.az xəbər verir ki, görüşdə BŞTİ-nin müdiri Rəşad Tağıyev martın 30-u Xorvatiyanın Poreç şəhərində keçiriləcək məktəblərin dünya çempionatında iştirak edəcək qızlardan ibarət komanda üzvlərini təbrik edib, onlara yarışda müvəffəqiyyətlər arzulayıb.

R.Tağıyev ölkəmizdə məktəblərin maddi-texniki bazasının və idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısından danışıb.

Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov məktəblər arasında idman növləri üzrə təşkil olunmuş respublika çempionatı barədə ətraflı məlumat verib. Bildirib ki, respublika çempionatı ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumi təhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə keçirilir.

Sonra çıxış edənlər Xorvatiyada keçiriləcək məktəblərin dünya çempionatında iştirak edəcək qızlardan ibarət komanda üzvlərinin yarışda ölkəmizi ən yüksək səviyyədə təmsil edəcəklərinə əminliyini bildiriblər.
Sonda Xorvatiyada ölkəmizi təmsil edəcək məktəblilərlə xatirə şəkli çəkdirilib.

Xəbəri paylaş