Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın ən yaxşı snayperçiləri müəyyənləşib-VİDEO

Azərbaycanın ən yaxşı snayperçiləri müəyyənləşib-VİDEO


Newscenter.az.1.04.2019. Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun hərbi hissələri arasında “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sərrast atıcılıq qabiliyyətinə malik hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış Müdafiə Nazirliyinin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib. Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

Snayperlər hədəflərə fərdi və qrup şəklində atışlar edib, maneələrin dəf edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriliblər.

Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb.
Xəbəri paylaş