Impera

XƏBƏR LENTİ
22:44Rusiya-Azərbaycan Regionlararası Forumunda kənd təsərrüfatında qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib22:00Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib21:00Birinci vitse-prezident Rusiya prezidenti Vladimir Putinlə görüşdü20:24Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb19:49LG-nin OLED televizoru ev əyləncəsi sektorunda etalondu19:13AQTA Xaçmaz rayonunda sahibkarla görüş keçirib19:00Sənaye şirkətlərinin üçdə ikisi onlara olunmuş kiber hücumları gizli saxlayır18:43KOB-ların Beynəlxalq Pərakəndə Sərgisində iştirakına dəstək göstərilib18:30"Azərbaycan Dəmir Yolları"ndən qəza açıqlaması18:13Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib17:58Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlandı17:38Təhsil nazirinin müavini cəbhə bölgəsində17:17Ölkədə ilk dəfə olaraq kənd təsərrüfatı sahəsi üzrə qrant müsabiqəsi keçirilir16:42Naxçıvanda yağışyağdırma sistemləri quraşdırılacaq16:35Prezident Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayırıb16:02Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur15:50Bakı-Gəncə istiqamətində qatarların hərəkət sürəti artırılıb15:16Səyyad Salahlı: “Din xadimləri ictimai həyatda fəallıq nümayiş etdirməlidirlər”15:00Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətiriləcək14:48"Azərenerji" payız-qış mövsümünə keçir14:35Energetika nazirinin müavinləri Mingəçevir və Bərdə şəhərlərində vətəndaşları qəbul edib14:21Yararsız avtobuslar xətlərdən çıxarılır13:33İsveçrənin Cenevrə Universiteti təqaüd proqramı elan edir13:17Heyvan sağlamlığı üzrə işçi qrupun növbəti iclası keçirilib13:07Sabah hava necə olacaq?12:55Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir12:42Avropa Voleybol Konfederasiyası (CEV) Çempionlar Liqası keçirilir12:39Xırdalan stansiyasında texniki nasazlıq aradan qaldırılıb12:17StartupFest 2019” çərçivəsində “DevOpsDays” tədbiri təşkil olunu12:07Nazir Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada "Nəqliyyat həftəsi – 2019" tədbirində iştirak edib11:55Energetika naziri Pərviz Şahbazov Dan Brullet ilə görüşüb11:48Azərbaycanın turizm potensialı Polşada təbliğ olunur11:21Talassemiya ilə mübarizəyə dair tədbirlər keçirilir11:11Ələt-Astara yolunda həyəcanlı anlar, yanacaqdaşıyan maşın yandı10:28Antisanitar şəraitdə fəaliyyət göstərən daha bir şirniyyat sexi aşkarlandı10:17Azərbaycanla Bolqarıstan arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Sazişə əlavə Protokol imzalanıb10:10Dövlət Agentliyi Süni intellekt üzrə Komitənin Bürosunda təmsil olunacaq10:00Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb09:428 yaşayış məntəqəsini rayon mərkəzi ilə biləşdirən yol yenidən qurulub09:17Düşmən atəşkəsə əməl etmir22:49Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb21:26Dəmir yolunda “Sağlamlıq günü”21:11Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub20:35Ümumdünya Radiorabitə Konfransı öz işini davam etdirir19:29“Qida Əlavələrinin Təhlükəsizliyi” mövzusunda beynalxalq seminar keçiriləcək18:15Sumqayıtda bir qrup şəxsə Prezidentin fərdi təqaüdü təyin olunub18:00Azərbaycan pavilyonu yenidən XTNS-də qapılarını ziyarətçilərin üzünə açacaq17:42ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib17:28Sumqayıtda çoxmənzilli binaların dam örtüyü yenilənəcək17:00Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər16:44Prezident İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırıb16:35“eTwinning” layihəsi çərçivəsində regional konfrans keçirilir16:20Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin tikintisinə vəsait ayrılıb16:14Türkiyə HDQ nümayəndə heyəti Bakıda səfərdədir16:02Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib15:49Paytaxt məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında15:22Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə edilib15:00"StartupFest 2019"a start verilib14:55Prezident İlham Əliyev Sumqayıt Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub14:46Gömrük Komitəsi keçmiş deputatın iddialarını yalanladı14:28Prezident Sumqayıta gedib14:12BDU-nun tələbəsi zəhərlənmədən ölüb14:06Sofiyada növbəti erməni həyasızlığı və millət vəkillərimizin adekvat addımı13:45Yüksək etimadın, ehtiramın göstəricisi13:28Gənc kadrlar şimal sahəsinin stansiyalarında işlə təmin olunublar13:18AQTİ-də “Açıq qapı” günü keçirilib13:00“Azneft” İB-nin rəhbərliyi “Bulla-dəniz” yatağında aparılan qazma işləri ilə tanış olub12:49Yağıntılı hava şəraiti davam edəcək12:36Qadın voleybolçularımız “Qızıl Avro Liqa”da mübarizə aparacaq12:24İspaniyada Azərbaycanın işgüzar turizm imkanları tanıdılır12:14İcra başçısı özünə 250 minlik avtomobil aldı12:06#NANOCELL – LG təkmilləşdirilmiş LCD televizorunu təqdim edir11:47Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək11:30Avropa İttifaqı ilə Avrasiya arasındakı aviasiya məlumatları Bakıdakı serverlərdə saxlanılacaq11:03“Religious Tourism Destinations in Azerbaijan” adlı kitab işıq üzü görüb10:41Sərnişin avtobusu qəzaya uğrayıb10:37Payız tətili müddətində məktəblilərin ekskursiyaları təşkil edilib10:30Yağışlı hava ilə əlaqədar yollarda sürət həddi endirildi10:08Gizlilik qaydalarını pozan tətbiq “Google Play store” və “App store”dan silinib10:00Ağdamı hədəfə alan "Barret M82-A1" silahı və Livandan gətirilən "Şuşanik" snayer qrupu-ŞOK FAKTLAR09:30Atəşkəs rejimi 22 dəfə pozulub08:52Amerikasayağı "ikili standart"lar08:27Qazaxıstan prezidenti Beynəlxaıq Türk Akademiyasının fəaliyyətini təıqdir edib21:57Van Damm Azərbaycana niyə təşəkkür etdi?21:54Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb20:29Şəki və Qaxın yararsız ərazilərində fındıq bağları salınır19:32Pambıq qəbulu məntəqələrinə 288 min tona yaxın məhsul təhvil verilib18:27Birinci vitse-prezident Mehriban xanım Əliyeva Rusiyada rəsmi səfərdədir18:17Prezident bu şəxsləri tıltif etdi-SİYAHI17:30Nazirin vətəndaşları qəbul vaxtı dəyişdi17:00Azərbaycanın Ukraynadakı səfiri nəsimişünas Pavlo Movçanı ziyarət edib16:37Azərbaycanın İqtisadiyyat naziri MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib15:56Prezident bu rayona 6 milyon manat ayırdı15:45Sahibkarlar öz təcrübələrini bölüşüb15:18İqtisadiyyat nazirinin müavini Göyçayda vətəndaşları qəbul edəcək15:07Vətəndaşların 77.5 faizinin ölkə prezidentinə inam və etimadı yüksəkdir-VIDEO15:00AQTA əməkdaşları həbs edilib?14:55Energetika naziri Pərviz Şahbazov ABŞ-a səfər edib14:45Mehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcək14:33Qubanın altı kəndinə qaz verilib
BÜTÜN XƏBƏRLƏR
Kasım 2019 (499)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)

«    Nisan 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Aprel döyüşləri ilə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin başlanğıcı qoyuldu

02 Aprel 2019, 09:00   
Aprel döyüşləri ilə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin başlanğıcı qoyuldu


Newscenter.az.2.04.2019. "Aprel döyüşləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Orduya göstərdiyi diqqəti, Silahlı Qüvvələrimizin yüksək doyüş qabiliyyətini, eləcə də işğal edilmiş ərazilərimizi hər an azad etməyə qadir olduğunu nümayiş etdirdi. Aprel döyüşlərindəki qələbələrlə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin başlanğıcı qoyuldu”.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Eldəniz Səlimov 2016-cı il, 2-4 aprel tarixlərində cəbhə xəttində yaşanan hadisələrə münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, 3 il əvvəl, 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə erməni işğalçıları, erməni təcavüzkarları yenidən məqsədli şəkildə atəşkəs rejimini pozaraq, Azərbaycanı təxribata çəkməyə, yenidən özlərini dünyaya məzlum, yazıq xalq kimi göstərməyə cəhd etdilər. Onun sözlərinə görə, ancaq onların bu alçaq və məkrli niyyətləri baş tutmadı, bütün planları, bütün hesabları pozuldu:

“Bu planları, bu hesabları isə pozan güclü və qüdrətli Azərbaycan. yüksək döyüş qabiliyyətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan xalqı və müdrik, uzaqgörən, dünya liderlərindən olan ölkə prezidenti cənab İlham Əliyev oldu. Ali Baş Komandan, ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında 2-4 aprel tarixlərində Azərbaycan Ordusu, xalıqımızın igid və qəhrəman övladları erməni işğalçılarına, erməni qəsbkarlarına bütün cəbhəboyu ağır və sarsıdıcı zərbələr vurdu, Azərbaycanın işğal altındakı ərazilərinin bir qismini, xüsusilə, strateji əhəmiyyətə malik olan Lələ Təpə yüksəkliyini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini erməni işğalından, erməni işğalçılarından azad etdilər. Həmçinin, düşmən böyük miqyasda və böyük ölçüldə itki, tələfatla üz-üzə qaldı. Erməni işğalçıları, erməni hərbi birləşmələri bir andaca pərən-pərən salındı, çoxları silah-sursatlarını ataraq, döyüş, əsgər yoldaşlarını səngərdə qoyaraq, qaçmağa, fərarilik etməyə üz tutdular. Ermənistanda dərhal erməni analarının ölkə rəhbərliyinə, keçmiş cinayətkar Serj Sərkisyan xuntasına qarşı kütləvi etirazları başlandı. Onlar artıq övladlarının Qarabağda xidmət etmələrinə, işğal olunmuş ərazilərə göndərilmələrinə, öldürülmələrinə, məhv edilmələrinə razı olmayacaqlarını açıq və sərt şəkildə bildirdilər. Erməni ordusunun “mifi” bir andaca yerlə bir oldu, ayaqlar alıtına sərildi. Ermənilər cəbhədə, işğal olunmuş ərazilərdə daha böyük, daha sarsıdıcı zərbələrə məruz qalacaqlarını, məhvedilmə təhlükəsini yaxşı anladıqları üçün tələm-tələsik əl-ayağa düşdülər, yenidən astəşkəsə nail olunması hər yola, bütün vasitələrə əl atdılar. Atəşkəs razılaşması əldə edilsə də, artıq Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan orsusu öz istəyinə nail olmuşdu, Ermənistana, erməni işğalçılarına, onların gizli və açıq havadarlarına öz layiq olduqları, haqq etdikləri yeri tanıtmışdı”.

Eldəniz Səlimovun sözlərinə görə, aprel döyüşləri ilə bütün dünyaya bəyan edilmiş oldu ki, Azərbaycan öz torpaqlarının işğalına artıq dözmür, dözməyəcək və dözmək də fikrində deyil:

“Azərbaycan istənilən anda torpaqlarını istənilən yolla azad etməyə hazır və qadirdir. Onun qarşısında heç bir güc dayana, heç bir əngəl ola bilməz. Qarabağın və ona bitişik işğal altındakı ərazilərin qanuni sahibi Azərbaycandır və kimsənin də bu toprpaqlara sahiblənməsinə imkan verə bilməz, imkan verməyəcək. Bu, Aprel döyüşlərinin, Aprel zəfərinin ən böyük, ən ciddi mesajlarından oldu. Odur ki, aylar, illər ötəcək, on illər, yüz illər keçəcək, ancaq Aprel döyüşləri, Aprel zəfəri yaddaşlardan, tarixdən, hərb səlnaməsindən silinməyəcək. Bu döyüşlərdə həlak olan igidlərimiz, övladlarımız, şəhidlərimiz daim anılacaq, daim xatirlanacaq, xatirələri daim əziz tutulacaq. Yəni, neçə ki, Azərbaycan xalqı və dövləti olacaq, yaşayacaq, şəhidlərimiz, o cümlədən, Aprel şəhidlərimiz bizimlə, ruhən bizlərlə bir olacaq, yaşayacaqlar. Bir daha qeyd edək ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində, həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vuruldu”.

Millət vəkili qeyd edib ki, erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi:

“Nəticədə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı. Aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı. Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işləri həyata keçirdi”.
OXŞAR MÖVZULAR