Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda sərnişin avtobusu qəza törətdi

Paytaxtda sərnişin avtobusu qəza törətdi


Newscenter.az.2.04.2019. Aprelin 2-də saat 07:30 radələrində 62 nömrəli marşrut xəttində 10TG992 DQN-li avtobusun iştirakı ilə qəza olub.

Bakı Nəqliyyat Agentliyindən Newscenter.az-a bildirilib ki, avtobusun sürücüsü Tusi küçəsində son dayanacaq məntəqəsində dönmə manevrini yerinə yetirərkən idarə etməni itirib. Digər nəqliyyat vasitələrinə və piyadalara zərər vurmamaq üçün avtobusu səkiyə doğru yönəldib və avtobus yaxınlıqdakı dükanın divarına dəyib.

Hadisə nəticəsində xəsarət alan yoxdu. Məsələ diqqətimizdədi müvafiq araşdırma aparılır.
Xəbəri paylaş