Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Poroşenkonun hakimiyyətdə qalması regional şərtlərin xeyrinədir

Poroşenkonun hakimiyyətdə qalması regional şərtlərin xeyrinədir


Newscenter.az.2.04.2019. “Ukraynada keçirilən seçkilərin ikinci turunda Şoumen Vladimir Zelinskinin ikinci turda Petro Poroşenkoya qalib gəlməsi mümkün görünmür. Poroşenkonun rəqibi olan İqor Kolomoyskinin maliyyə və siyasi dəstəyi ilə seçkilərə qatılan Zelinski əslində Kolomoyskinin siyasi hakimiyyəti üçün çalışır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, Zelinski prezident seçilərsə, Kolomoyski ölkənin "Boz kardinalı" olaraq Gürcüstan presidentin tətbiq edəcək:

“Uzun müddət dövləti idarə edərək, Maydan siyasilərini neytrallaşdıracaq. Həmçinin özünün təyin etdiyi şəxsləri hakimiyyətə gətirib, istədiyi vaxt uzaqlaşdıracaq. Bu planları reallaşdırmaq üçün parlement idarə üsuluna gedə bilər. Bu qüvvələrin hakimiyyəti Ukraynanın zəifləməsinə və Rusiya qarşısında müavizənitini itirməsinə səbəb olar”.

Politoloq deyib ki, Prezident Poroşenko adminstrativ resurslardan tam istifadə edərək Kolomsoyskinin onun hakimiyyətinə son verməyə imkan tanımayacaq:

“Bu seçki iki oliqarxın mübarizəsidir və Zeliniski sadəcə ortada şoumenlik edir. Bu gün Ukrayna işğalla mübarizə aparır. Yeni müharibə istisna edilmir. Bu kimi problemlər fonunda siyasi təcrübəsi olmayan şəxslərin hakimiyyətə gəlişi dövlət aparatının zəifləməsinə gətirəcək, ölkədə yenidən siyasi inqilabların yetişməsinə, xüsusu ilə Rusiyanın ölkə daxilində siyasi proseslərdə öz adamları hesabına mövqeyinin güclənməsinə səbəb olacaq. Petro Poroşenko ikinci turda bir qədər inkişaf etmiş Ukrayna dövlətçiliyini qorumasa, ölkə şoemen və intiriqalı oliqarxiyanın nəzarətinə keçəcək. Bu gün Ukrayna GUAM üzvü olaraq regional təşkilat çərçivəsində Azərbaycanın strateji tərəfdaşıdır. Ukraynada seçkilərdən sonra GUAM-ın fəaliyyətini inkişaf etdirmək və bu təşkilatın NATO ya inteqrasiyasını aparmaq geosiyasi şərtlər daxilində zərurətə çevrilib. Ona görə də Ukraynada P. Poroşenkonun hakimiyyətdə qalması regional şərtlərin xeyrinədir”.
Xəbəri paylaş