Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlahiyyat İnstitutunun bir qrup tələbəsi şəhid ailəsini ziyarət edib

İlahiyyat İnstitutunun bir qrup tələbəsi şəhid ailəsini ziyarət edib


Newscenter.az.3.04.2019. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş Fəxrəddin Qurbanlının ailəsinə baş çəkib.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, tələbələr daha sonra Fəxrəddin Qurbanlının məzarını ziyarət edərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, şəhid Fəxrəddin Qurbanlı 13 yanvar 1994-cü il tarixdə Bakı şəhərində anadan olub. Orta təhsilini 2011-ci ildə başa vurub və Azərbaycan Universitetinin Sosial iş fakültəsinə daxil olub.
Fəxrəddin Qurbanlı 2016-cı il aprelin əvvəllərində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olub. Aprelin 9-da o, doğulduğu Bakı şəhərinin Sabunçu rayonunda son mənzilə yola salınıb.
Xəbəri paylaş