Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzMİU-da Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib

 AzMİU-da Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib


Newscenter.az.5.04.2019. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurası, Azərbaycan dili və pedaqogi kakafedrasının təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirilib. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, yubiley mərasimində universitetin rektoru, professor Gülçöhrə Məmmədova, professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.

YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurasının sədri, universitetin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Salatın Əhmədli İmadəddin Nəsiminin yaradıcıcılığına nəzər salıb. S.Əhmədli şairin Azərbaycan xalqının XIV yüzillikdə ərsəyə gətirdiyi ən böyük mütəfəkkir şairlərdən və ideya fədailərindən biri olduğunu deyib. İslam Şərqinin hər üç ədəbi dilində əsərlər yazdığını və daha çox Azərbaycan türkcəsində qələmə aldığı ölməz qəzəlləri ilə yaddaşlara həkk olunduğunu söyləyib. Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri olduğunu diqqətə çatdırıb.

Sonra söz M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov və AMEA-nın Ədəbiyyat İnstitutunun Mətbuat və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru,görkəmli ədəbiyyatşünas alim, professor Vüqar Əhmədə verilib. Qonaqlar Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təlimindən, şairin əsərlərinin dil və üslub xüsiyyətlərindən bəhs edib, görkəmli Azərbaycan şairi Nəsimininzəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışıblar.

Sonda VI muğam müsabiqəsinin Qran Pri mükafatı qalibi Almaxanım Əhmədlinin ifasında Nəsiminin qəzəllərinə yazılmış musiqi parçaları təqdim olunub.
Xəbəri paylaş