Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda dustaqlar arasında kütləvi dava düşüb, xəsarət alanlar var

Bakıda dustaqlar arasında kütləvi dava düşüb, xəsarət alanlar var


Newscenter.az.5.04.2019. Bakıda cəzaçəkmə müəssisəsində dustaqlar arasında kütləvi dava düşüb.

"Report" xəbər verir ki, hadisə Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Dava zamanı dustaqlar Sərvan Ramazanov, Elməddin Nəcəfov, Samir Məmmədov, Vüqar Şirinov, Ayəddin Şahbazov və Vüsal Allahverdiyev xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən isə "Report"a bildirilib ki, hadisə mart ayında baş verib: "Heç bir kütləvi davadan söhbət getmir. Sadəcə, üç nəfər məhkum öz aralarında məişət zəminində dava edib. Hadisə ilə əlaqədar onlar qanunvericiliyin tələblərinə uyğun olaraq daxili intizam qaydalarını pozduqlarına görə cərimə təcridxanasına salınıb".
Xəbəri paylaş