Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika naziri vətəndaşları qəbul edəcək

 Energetika naziri vətəndaşları qəbul edəcək


Newscenter.az.5.04.2019. Energetika naziri Pərviz Şahbazov aprelin 26-da Şirvan şəhərində Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.

Newscenter.az-a nazirlikdən bildirilib ki, vətəndaşların qəbulu saat 10:00-danetibarən Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə AgentliyininŞirvan filialının inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, nazirliyin “974” Çağrı Mərkəzi, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış“Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.
Xəbəri paylaş