Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Miqrasiya Xidməti Qax və Zaqatalada səyyar xidmət təşkil edib

Miqrasiya Xidməti Qax və Zaqatalada səyyar xidmət təşkil edib


Newscenter.az.5.04.2019. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə edilən bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədi ilə Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qax və Zaqatala şəhərlərində səyyar xidmət həyata keçirilib.

Newscenter.az Xidmətə istinadən xəbər verir ki, səyyar xidmətin imkanlarından 21 nəfər istifadə edib. Belə ki, onlardan 11 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış, 2 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri verilib.

Bundan başqa, 3 nəfərdən Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd qəbul edilib. 5 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.
Xəbəri paylaş