Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş qərargah rəisi Kral HHQ-nin Əməliyyat Mərkəzini ziyarət edib

Baş qərargah rəisi Kral HHQ-nin Əməliyyat Mərkəzini ziyarət edib


Newscenter.az.8.04.2019. Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) Əməliyyat Mərkəzini ziyarət edib.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, general-polkovnik N.Sadıkovla Səudiyyə Ərəbistanı HHQ-nin komandanı Turki bin Bəndər bin Əbdüləziz arasında görüş keçirilib.

Tərəflər iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Xəbəri paylaş