Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad Rəhimov BMT-də gənclərin məşğulluğu ilə bağlı təklif verdi

Azad Rəhimov BMT-də gənclərin məşğulluğu ilə bağlı təklif verdi


Newscenter.az.10.04.2019. Nyu Yorkda BMT-nin Baş qərargahında 8-ci İqtisadi və Sosial Şurası Gənclər Forumu öz işinə başlayıb. Newscenter.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirilib ki, forumda, Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edir.

Nazirlərin, rəsmilərin, gənclər sahəsinə məsul nümayəndələrin qatıldığı forumda “Gənclik 2030: Gənclərlə və gənclər üçün işləmək”, “Gənclərin İnkişafına İnvestisiya: Maliyyələşdirmə və digər tətbiq vasitələri” və digər mövzular ətrafında fikir mübadilələri aparılmış, gələcək planlar müzakirə edilib. Nazir Azad Rəhimov çıxışında bildirib. Azad Rəhimov Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən zəbt edildiyini və öz yurd- yuvalarından didərgin düşən insanların böyük əksərriyyətinin məhz gənclər olduğunu bildirib. Azad Rəhimov BMT-nin çətiri altında sadəcə görüşlərin və müzakirələrin aparılması deyil, gənclərin məşğulluğunun təmin olunması istiqamətində real işlərin görülməsi məqsədi ilə xüsusi koordinasiya komissiyasının yaradılması təklifini irəli sürüb.

ABŞ-a səfəri çərçivəsində nazir Azad Rəhimov BMT-nin Baş Katibinin Gənclər üzrə elçisi xanım Jayathma Vickramanayake, BMT İqtisadi və Sosial Şurasının prezidenti xanım İnqa Rhonda King, Serbiya Respublikasının gənclər və idman naziri Vanja Udovicic, Rusiya nümayəndə heyətinin BMT İqtisadi və Sosial Şurasında rəhbəri, gənclər siyasəti üzrə Federal Agentliyin nümayəndəsi Aleksandr Bugayev, Ukraynanın gənclər və idman naziri İqor Jdanov, Avstriyanın ailə məsələləri üzrə naziri Yuliane Boqner-Ştrauss, Əfqanıstanın gənclər məsələləri üzrə nazir müavini Kamal Sadat ilə görüşlər keçirib. Görüşlərdə gənclərin məşğulluğu sahəsində informasiya mübadiləsi aparılmış, qarşılıqlı layihələr haqqında danışılıb və eyni zamanda, Rusiya və Azərbaycan arasında “Tələbə baharı” və digər layihələrin realizəsi mövzuları müzakirə olunub.
Xəbəri paylaş