Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Qəhrəman Şövqiyar Abdullayevin 50 illik yubileyi qeyd olunub

 Milli Qəhrəman Şövqiyar Abdullayevin 50 illik yubileyi qeyd olunub


Newscenter.az.10.04.2019. Azərbaycan Texniki Universiteti (AzTU) və “Veteran Tankçılar” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin 50 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirilib.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov çıxışında ölkə prezidenti İlham Əliyevin şəhidlərin şücaətini yüksək qiymətləndirdiyini və torpaq uğrunda canından keçən bütün şəhidlərin qəhrəmanlıqlarını tarixi qəhrəmanlıq adlandırıb. Rektor əvəzi AzTU-nun “Avtomatika və kompyuter texnikası” fakültəsinin məzunu, Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin, həmçinin bütün şəhidlərin döyüşlərdə göstərdiyi igidliyi universitetdə tələbələrə nümunə kimi təbliğ olunduğunu və onların xatirəsinin daima əziz tutulduğunu bildirib.

Digər çıxış edənlər isə qəhrəmanın vətənpərvərliyindən, torpağına olan sevgisindən, döyüş xatirələrindən danışıblar və belə tədbirlərin keçirilməsinin gənclərə örnək olduğunu vurğulayıblar.

Çıxışlardan sonra Vətənə, torpağa həsr olunmuş mahnı və şeirlər səsləndirilib. Anım mərasimində Şövqiyar Abdullayevin ailəsi, döyüş yoldaşları, hərbçilər, ictimai xadimlər, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.
Xəbəri paylaş