Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident 1 il müddətində həyata keçirdiyi islahatlar nəticəsində əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüb

Prezident 1 il müddətində həyata keçirdiyi islahatlar nəticəsində əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüb


Newscenter.az.10.04.2019. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçilməsindən bir il ötür. Ötən bir il ərzində həyatımızın müxtəlif sahələrində atılan addımlar, həyata keçirilən islahatlar, qəbul edilən qərarlar, eləcə də imzalanan fəramn və sərəncamlar onu deməyə əsas verir ki, dövlət başçısının bir illik prezidentlik dövrü çox uğurlu olub. Elə millət vəkili Eldəniz Səlimovla söhbətimizdə də İlham Əliyevin bir illik prezidentliyi dövründə görülən işlərə nəzər saldıq. Eldəniz Səlimov ötən bir il ərzində müxtəlif sahələrdə atılan addımlar, görülən işlər və onların uğurlu nəticələrindən danışıb.
Prezident 1 il müddətində həyata keçirdiyi islahatlar nəticəsində əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüb

-Eldəniz müəllim, Cənab İlham Əliyevin növbəti dəfə prezident seçilməsinin 1 ili tamam olur. Ötən 1 il ərzində dövlət başçısının fəaliyyətini necə dəyərləndirərdiniz və Azərbaycan bu bir il ərzində hansı uğurlara imza atdı?

-Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev 2018-ci il Prezident seçkilərindən sonrakı 1 il müddətində həyata keçirdiyi islahatlar nəticəsində əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüb. Prezidentimizin rəhbərliyi ilə Azərbaycanın istər daxili istərsə də xarici siyasətində əldə olunan uğurların əsası Ulu öndər tərəfindən qoyulmuşdu. Son 1 ildə ölkəmizin inkişafını, əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində əhəmiyyətli dərəcədə nəticələr əldə olunub. Təkcə 2019-cu ili yanvar-mart aylarında Prezidentimiz tərəfindən imzalanmış fərman və sərəncamlar ölkə əhalisinin bütün istiqamətlərdə sosial vəziyyətinin yaxşılaşmasına hesablanıb. Dünya bankının “ Doing Business-2019” hesabatında biznes mühitinin əlverişliyinə görə ölkəmiz əvvəlki illərlə müqayisədə 32 pillə irəlləyərək 190 ölkə arasında 25-ci yerə yüksəlib.

-Ötən 1 il ərzində müşahidə edilən müsbət tendensiyalardan biri də ondan ibarət oldu ki, dövlət başçısı bir sıra sahələrdə, xüsusilə sosial sahədə önəmli addımlar atdı, islahatlar həyata keçirdi. Bütün bunlar əhalinin sosial rifah halının yaxşılaşdırılmasına nə dərəcədə təkan verdi?
Prezident 1 il müddətində həyata keçirdiyi islahatlar nəticəsində əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüb

-Son 1 ildə şəhid ailələrinə 11 000 manat birdəfəlik yardım, mənzil şəraitlərinin yaxşılaşdırılması, yeni qaçqın şəhərciklərinin salınması, minimum əməkhaqqının və digər sosial ödənişlərin miqdarının artırılması, bütün həyata keçirilən uğurlu sosial islahatlar 600 000 nəfəri əhatə edir. Ölkənin iqtisadi inkişafında əldə olunan naliyyətlər insanların rifah halının yaxşılaşmasına istiqamətləndirilir. Bu əldə olunan naliyyətlər Prezident Cənab İlham Əliyevin məqsədyönlü, düşünülmüş siyasəti nəticəsində qazanılıb. Bundan başqa dövlət başçısı Novruz bayramı ərəfəsində yeni əfv sərəncamı imzalayaraq xeyli məhkuma azadlıq bəxş edib. Prezidentin Şamaxı-Ağsuda baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş vətəndaşların yanında olması, onlara dəymiş ziyanın qısa müddətdə aradan qaldırılması, dağılmış evlərin yenidən tikilməsi və bərpa edilməsi, Nizami rayonunda “ Diqlos” ticarət mərkəzinin yanması nəticəsində sahibkara dəymiş ziyanın ödənilməsinə tapşırıq verilməsi, bu məqsədlə vəsaitin ayrılması bir daha sübut etdi ki, Prezident hər zaman vətəndaşın yanındadır.

-Ümumiyyətlə, Azərbaycanın son 15 ildəki keçdiyi yola nəzər salsaq bu illəri necə xarakterizə etmək olar?

Prezident 1 il müddətində həyata keçirdiyi islahatlar nəticəsində əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüb

-Ölkəmiz son 15 ildə aparılan siyasi, iqtisadi, sosial islahatlar nəticəsində sürətlə inkişaf edərək dünya ölkələri arasında layiqli yerə çıxıb. Hər il inkişaf tempinə görə beynəlxalq təşkilatların hazırladığı hesabatlara görə xeyli irəlləyərək bəzi sahələrdə birinci onluğa düşüb. Həyata keçirilən beynəlxalq layihələr nəticəsində bu gün ölkəmiz beynəlxalq nəqliyyat dəhlizinə çevrilib, neft-qaz kəmərləri vasitəsilə Azərbaycan və digər qonşu ölkələrin yanacaq məhsulları Avropaya nəql olunmasına böyük imkanlar yaranıb. Ölkəmizdə həyatat keçirilən “ Asan xidmət” brendi dünyada nümunəvi bir modeldir. Bir sıra inkişaf etmiş ölkələr Asan xidmətin ölkələrinə tətbiq etmək üçün dəfələrlə bu xidmət sahəsi ilə yaxından tanış olublar. Ölkəmiz 3 peyki olan kosmik bir ölkəyə çevrilib. Son 15 ildə 250 milyard dollar sərmayə qoyulub ki, bunun da yarısı xarici investisiyalardır. Son vaxtlar Dayanıqlı və Operativ Sosial Təminat ( DOST) agentliyi yaradılıb, hal-hazırda isə DOST Mərkəzləri yaradılması istiqamətində müəyyən işlər həyata keçirilir. Son illərdə aparılan islahatlar nəticəsində qeyri neft sektorunda sənaye istehsalı 15, 5 faiz artıb. Son 15 ildə 4 aministiya, 33 əfv sərəncamı imzalanmaqla 47 min 442 nəfər məhkuma azadlıq bəxş edilib.

-Hazırda Azərbaycanın regionda və beynəlxalq aləmdəki durumunu necə qiymətləndirərdiniz?

Prezident 1 il müddətində həyata keçirdiyi islahatlar nəticəsində əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüb

-Hal-hazırda Azərbaycan regionda və beynəlxalq aləmdə kifayət qədər sərbəst siyasət aparan, heç kimin daxili işinə qarışmıyan və ölkəsinin daxili işinə kiminsə müdaxilə etməsinə imkan vermiyən sabit, stabil bir ölkə kimi böyük nüfuza malikdir. Ölkəmiz günü-gündən beynəlxalq durumu yaxşılaşır, böyük beynəlxalq təşkilatlarda söz sahibinə çevrilir.

-Bu ayın sonlarında Bakıda növbəti dəfə “Formula-1” yarışları keçiriləcək. Bu yarışlar ölkəmizin təbliği baxımından nə dərəcədə əhəmiyyətlidir?


-Ölkəmizdə keçiriləcək “ Formula-1” yarışlarının iştirakçıları və tamaşaçıları vasitəsilə ölkəmizin ümumi vəziyyəti xarici ölkələrdə təbliğ olunur, bunun nəticəsində də ölkəmizdə turizmin inkişafına böyük təkan verilir. Yarışlar zamanı ölkəmizə gələn turistlər xeyli ticarət edir, görməli, gəzməli yerlərinə səyahət edir, bu xidmətlərdən istifadə edirlər, nəticədə ölkəmiz qazanır. Ümumiyyətlə ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlər Azərbaycanın dünya ölkələrində təbliği üçün böyük əhəmiyyətə malikdir.
Prezident 1 il müddətində həyata keçirdiyi islahatlar nəticəsində əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüb
Xəbəri paylaş