Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaradağda daha bir küçə təmir edilib

 Qaradağda daha bir küçə təmir edilib


Newscenter.az.10.04.2019.
Qaradağ rayonu üzrə start verilən təmir-tikinti işləri çərçivəsində artıq 2.2 km uzunluğa malik 4 küçənin 15 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb.

Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu uzunluqları 1.2 km olan rayonun Müşviqabad qəsəbəsinin “1-ci massiv-A” və “1-ci massiv-B” küçələri, həmçinin 600 metr uzunluğa malik “2-ci massiv” küçəsi, bundan başqa Lökbatan qəsəbəsində 450 metr uzunluğunda olan Seymur Orucov küçəsidir.
Hazırda isə cari təmir işləri Qaradağ rayonu üzrə Müşviqabad qəsəbəsində 1.3 km uzunluğa malik 28 may küçəsində, orta təmir işləri isə Lökbatan qəsəbəsinin 700 metr uzunluğa malik Nizami və Musəvi küçələrində aparılır. Cari və orta təmir işləri aparılan ərazinin sahəsi 15 min kv.m-ə yaxındır.

Yaxın müddət ərzində Korgöz qəsəbəsində 1.4 km uzunluğa malik və mərkəzi küçəni 197 saylı orta məktəblə birləşdirən küçədə, həmçinin Lökbatan qəsəbəsinin 1.3 km uzunluğa malik Nizami və Seymur Orucov küçələrinin kəsişməsində, bundan başqa qəsəbənin “6-cı massiv” yaşayış sahəsinin 1 km uzunluğa malik 5-ci küçəsində təmir-tikinti işlərinə start veriləcək. Təmir işlərinin aparılacaq ərazinin sahəsi 30 min kv.m-ə yaxındır.



Xəbəri paylaş