Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tərkibində xəstəlik törədiciləri aşkarlanan 235 kq ət məhv edildi

Tərkibində xəstəlik törədiciləri aşkarlanan 235 kq ət məhv edildi


Newscenter.az.10.04.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Göyçay rayonu, Çayarxı kəndində Kərimov Ağalar Nurəmməd oğluna məxsus heyvan kəsimi sahəsinə baxış keçirilən zaman 235 kq istehlaka yararsız ət aşkar olunub.

Agentlikdən Newscenter.az-a bildirilib ki, ilkin araşdırmalar zamanı ətin orqanoleptik görüntülərinə əsasən istehlaka yararsız olduğu ehtimal edilərək heyvan cəmdəklərindən nümunələr götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında ekspertizaya cəlb edilib.

Aparılan analizlər nəticəsində ətin istehlak üçün yararsız olduğu öz təsdiqini tapıb. Belə ki, ətin tərkibində Nazirlər Kabinetinin 2006-cı il 7 iyul tarixli, 167 nömrəli qərarı ilə təsdiqlənmiş “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklər” siyahısına daxil edilən təhlükəli bakteriya və göbələk mənşəli xəstəliklərin törədiciləri aşkarlanıb.

Heyvan cəmdəkləri Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Göyçay rayonunun məişət tullantıları poliqonunda baytarlıq-sanitariya tələblərinə uyğun olaraq məhv edilib.
Xəbəri paylaş