Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib


Newscenter.az.11.04.2019. Dövlət Miqrasiya Xidmətinin inzibati binasında üzvlük müddətləri başa çatmaq üzrə olan DMX yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

Newscenter.az-a Xidmətdən bildirilib ki, görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının Xidmətin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu, DMX yanında İctimai Şuranın fəaliyyətinə önəm verildiyini, təkliflərinin dəyərləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, İctimai Şura faydalı və səmərəli fəaliyyəti ilə xidmətin keyfiyyətinin artırılmasında mühüm rol oynayır. Xüsusilə qeyd edib ki, qanunvericiliyə yeni layihələrin hazırlanması və təkmilləşdirilməsi prosesində ictimaiyyətin, Qeyri-hökumət təşkilatlarının rəy və təklifləri diqqətlə öyrənilir və nəzərə alınır.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov və Şura üzvləri onların fəaliyyəti üçün yaradılmış şəraiti qeyd edib, son bir ərzində Xidmətin fəaliyyində baş verən mühüm dəyişiklikləri, o cümlədən vətəndaş məmnunluğunun artırılması, şəffaflığın təmin olunması, Azərbaycana gələn iş adamları üçün münbit şəraitin yaradılması istiqamətində görülmüş işlərin cəmiyyətdə rəğbətlə qarşılandığını bildiriblər.
Görüşdə DMX yanında İctimai Şuraya növbəti seçkilərin keçirilməsi tarixi, Şuranın tərkibi, seçki prosedurları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xidmət rəisi İctimai Şura ilə əməkdaşlığı yüksək qiymətləndirib və İctimai Şuranın sədri Azər Allahverənovu səmərəli fəaliyyətinə görə medal ilə təltif edib.
Xəbəri paylaş