Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli Kərimlinin ölkənin ana müxalifəti statusundan məhrum olmaq qorxusu

Əli Kərimlinin ölkənin ana müxalifəti statusundan məhrum olmaq qorxusu


Newscenter.az.11.04.2019. Müxalifət, daha doğrusu, müxalifətin radikal kəsimi, AXCP-"Milli Şura" cütlüyü və onların yandaşları ölkəmizin Avropaya yaxınlaşma kursundan, Avropa İttifaqı ilə tərəfdaşlıq, əməkdaşlıq əlaqələrinin intensivləşməsindən narahatdır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib:

“Əli Kərimli, Arif Məmmədov, Gültəkin Hacıbəylinin dərdi nədir? Radikal müxalifətin "ağsaqqalı" Cəmil Həsənli nə üçün özünə əl qatıb? Müxalifət Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq sazişinin imzalanmasına dəstək vermək əvəzinə, nədən etiraz edir? Bu suallara ən müxtəlif aspektlərdən cavab vermək və çeşidli səbəblər göstərmək mümkündür. Amma başlıca səbəb Əli Kərimli başda olmaqla radikal müxalifətin ölkənin ana müxalifəti statusundan məhrum olmaq qorxusudur.

Avropa İttifaqının Azərbaycanda gedən islahat prosesləri ilə bağlı müxalifətin mövqeyini, rəyini öyrənmək üçün müxalif camiənin təmsilçisi kimi AXCP-Milli Şura-Müsavat qanadına deyil, məhz ReAL Partiyasının rəhbər şəxslərinə üstünlük verib, onların Brüssel səfərinə texniki dəstək verməsi Əli Kərimlini, Cəmil Həsənlini və bu kəsimdən olan digər şəxsləri dilxor edib. Yəni ki, loru dillə desək, dava müxalifətin "ağa"sı kim olacaq davasıdır. Bunları Azərbaycanın mənafeləri və gələcək taleyi yox, özlərinin dar siyasi maraqları daha çox düşündürür. Müxalifətin bu cür "yaz üşütməsi" təəssüf doğurur”.
Xəbəri paylaş