Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibkarlarla görüş keçirilib

Sahibkarlarla görüş keçirilib


Newscenter.az.11.04.2019. Qida Təhlükəsizliyi Agentliyi bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir. Newscenter.az-a AQTA-dan bildirilib ki, növbəti belə tədbir Mingəçevirdə keçirilib. Tədbirdə qida sahəsində fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib. Onlara AQTA-nın fəaliyyət istiqamətləri, o cümlədən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması qaydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qeydiyyatdan keçən subyektləri Agentlik tərəfindən daim nəzarətdə saxlanılır və onlarla sıx əməkdaşlıq edilir.

Eyni zamanda müasir standartlara cavab verən kəsim məntəqələrinin yaradılması, bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara Agentlik tərəfindən metodiki dəstək göstəriləcəyi iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə Qida Təhlükəsizliyi İnstitutunun göstərdiyi xidmətlər barədə də sahibkarlara geniş məlumat verilib.
Görüşdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş