Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səbail rayonunda yol infrastrukturu yenilənir

 Səbail rayonunda yol infrastrukturu yenilənir


Newscenter.az.11.04.2019. Səbail rayonu üzrə yol infrastrukturunun yenidən qurulması və yenilənməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür.

Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ilkin mərhələdə təmir-tikinti işləri yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı və çınqıl örtüklü küçə və yolarda aparılır. Təbii ki, birinci növbədə ümumi istifadədə olan küçə və yollardan söhbət gedir.
Səbail rayonu üzrə bu cür yollardan biri Elçin Əzizov küçəsidir. Küçə rayonun “20-ci yaşayış sahəsi”ndə yerləşir və bu ərazidə yaşayan əhalinin əsas istifadə etdiyi yollardan biridir. Küçə uzun illərdir ki, istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmiri həyata keçirilməmişdi. Bu üzdən təmir-tikinti işlərinə start verilməsi əhalinin ürəyincə olub. Elçin Əzizov küçəsinin uzunluğu 1 km-ə, eni isə 6 metrə bərabərdir. Təmir-tikinti işlərinin aparıldığı sahə 6 min kv.m-ə yaxındır.

Hazırda isə küçə boyu asfaltlanma işlərinə start verilib. İri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilməklə 6 min kv.m-ə yaxın ərazinin asfaltlanması nəzərdə tutulub.
Xəbəri paylaş