Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Slovakiyada təqaüd proqramı elan edildi

Slovakiyada təqaüd proqramı elan edildi


Newscenter.az.11.04.2019. Slovakiya Respublikası 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təqaüd proqramına əsasən, bakalavriat və ya magistratura pillələri üzrə təhsil, biznes və idarəetmə, ekologiya, memarlıq, mühəndislik, kənd təsərrüfatı, meşəçilik, baytarlıq, su ehtiyatlarının idarəolunması, tibb, diş cərrahiyəsi, əczaçılıq, informasiya texnologiyaları ixtisasları çərçivəsində təqaüdlər təklif edilir.

Təqaüd proqramına müraciət edəcək iddiaçılar 30 may 2019-cu il tarixədək müraciət etməlidirlər. Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri inglis və ya slovak dilləridir.
Xəbəri paylaş