Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda daha bir məktəbdə qalmaqal, şagird vəhşicəsinə döyüldü

Bakıda daha bir məktəbdə qalmaqal, şagird vəhşicəsinə döyüldü


Newscenter.az.12.04.2019. Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb. Məktəbin müəllimi şagirdi döyüb. Döyülən şagird xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən ONA-ya bildirilib ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub.
Xəbəri paylaş