Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ələt-Astara yolunda mühafizə çəpərini oğurlayan şəxs tutulub

Ələt-Astara yolunda mühafizə çəpərini oğurlayan şəxs tutulub


Newscenter.az.12.04.2019. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara avtomobil yolunun kənarındakı mühafizə çəpərinin dayaqlarını oğurlayan şəxs saxlanılıb.

Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Astara RPŞ-yə Ələt-Astara magistral yolunun 188-ci kilometrində dayanacaq meydançası ətrafında ümumi dəyəri 1206 manat olan hər biri 3 metr olmaqla 60 ədəd məftil mühafizə çəpərinin dayaqlarının oğurlanması ilə bağlı müraciət daxil olub. RPŞ əməkdaşları tərəfindən keçirirlən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən rayonun Bala Şahağacı kənd sakini Eyvaz Məcidov saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinin zirzəmisindən paslanmayan dəmir dayaqlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş