Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan-Tonoyan cütlüyünün üzünə çırpılmış sərt şillə

Paşinyan-Tonoyan cütlüyünün üzünə çırpılmış sərt şillə


Newscenter.az.12.04.2019. Erməni general Arkadi Ter-Tadevosyanın "şok açıqlama" kimi təqdim edilən açıqlamasını mən də KİV-lərdən izlədim. Doğrudan da bunu şok açıqlama hesab etmək olar. Amma şok açıqlama olduğu qədər də, həm də gözlənilən açıqlama idi.

Ter-Tadevosyan haqlı olaraq öz ölkəsinin müdafiə naziri David Tonoyanı səriştəsizlikdə günahlandıraraq qeyd edir ki, "Ermənistanın müdafiə naziri ölkənin ictimai televiziyası vasitəsilə çıxış edərək böyük fikirlər səsləndirir, hərbi əməliyyatlardan danışır. Bu, onun təcrübəsizliyindən və səriştəsizliyindən irəli gəlir. Əgər sənin xarici diplomatiyan istənilən səviyyədə deyilsə, hansı hərbi əməliyyatlardan danışmaq olar?"

Erməni generalın bu ittihamı və sualı təbii ki, cavabsız qalıb. Çünki Tonoyanın bu sualın qarşısında heç bir tutarlı əks-arqumenti yoxdur. Nəzərə alsaq ki, Tonoyandan fərqli olaraq A.Ter-Tadevosyan peşəkar hərbçidir və o, nə danışdığını yaxşı bilir, Tonoyan kimi boş-boş danışmır, sözləri sağa-sola səpələmir.

A.Ter-Tadevosyan nə Paşinyanın, nədəki Tonoyanın etiraf edə bilmədikləri başqa bir həqiqəti də dilə gətirib:"Bu gün Ermənistan ordusu hücum əmrini yerinə yetirmək gücündə deyil. Mən Tonoyana məsləhət görərdim bu cür bəyanatlarla özünü gülünc vəziyyətə saxlamasın. Bu yaxınlarda Meğridəki Aqarak batalyonunda nələrin yaşandığı hamınıza bəllidir. Bunlar sadəcə qığılcımdır”.
Paşinyan-Tonoyan cütlüyünün üzünə çırpılmış sərt şillə

Ter-Tadevosyanın bu fikirləri sözün əsl mənasında Paşinyan-Tonoyan cütlüyünün üzünə çırpılmış sərt şillədir. Erməni general əslində bununla öz ölkəsinin rəhbərliyinə açıq şəkildə deyir ki, "cənablar, bəsdirin, bleflə məşğul olmayın". Bu, həm də Azərbaycanı tez-tez yeni müharibə, yeni işğal təhdidləri ilə hədələyən və Ermənistan ordusunun güclü ordu mifini formalaşdırmaq istəyən David Tonoyanın rüsvayçı şəkildə ifşası deməkdir. Başqa sözlə desək, qocaman erməni generalı bir açıqlaması ilə Ermənistanın hərbi nazirini döyüşsüz-flansız darmadağın etdi. Ola bilər ki, məhz bu açıqlamasından sonra Paşinyan və ya Tonoyan Ter-Tadevosyanı satqınlıqda, Azərbaycanın maraqlarına xismət etməkdə suçlayacaq. Amma bilənlər yaxşı bilir ki, Ter-Tadevosyan əslində qatı anti-Azərbaycançıdır və Qarabağın işğal edilməsində də xüsusi rol oynamış müharibə canilərindən biridir. Odur ki, o bu şok açıqlamasını heç də bizə qarşı xoş münasibətindən yox, məhz öz ölkəsinin, erməni xalqının maraqlarını güddüyünə görə gündəmə gətirib.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Xəbəri paylaş