Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt küçələrində yeni yol nişanları quraşdırılır

Paytaxt küçələrində yeni yol nişanları quraşdırılır


Newscenter.az.12.04.2019. 74 yol kəsişməsi pilot layihəsinin icrası davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Newscenter.az-a bildirilib ki, hazırda işlər S.Vurğun, M. Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, D.Əliyeva, R.Behbudov, S.Rüstəm, Kiçik Dəniz küçələri, Azdalıq və Bülbül prospektlərini əhatə edən 20 kəsişmədə icra edilir. Görülən işlər çərçivəsində qeyd edilən kəsişmələrdə yeni yol nişanları quraşdırılır, mövcud çatışmazlıqlar aradan qaldırılır. İşlər ümumilikdə 120 ədəd yol nişanı üzərində aparılır.

Eyni zamanda artıq M.Füzuli küçəsinin S.Vurğun, R.Behbudov küçələri və Bülbül prospekti ilə kəsişməsində, həmçinin, Bülbül prospekti ilə Ş.Bədəlbəyli küçəsinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib.
Xəbəri paylaş