Impera

XƏBƏR LENTİ
16:00“Kaspersky Lab” “Windows”un naməlumcinayətkarlar tərəfindən artıq istifadə olunmuş kritik zəif nöqtəsini tapıb15:32"Həkimlər valideynlərin dili ilə"15:16Mübariz Qurbanlı Fransa hökumətinin dini işlər üzrə məsləhətçisi ilə görüşüb15:08Qanunsuz fəaliyyət göstərən toyuq sexi aşkarlaıb15:00Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri 7-ci Baltik Aqro Forumunda iştirak edir14:55Paytaxt məktəbliləri beynəlxalq konfransda14:45"Loqos" elmi-publisistik psixoloji jurnalı Şuraya üzv edilib14:36Şəffaflıq prosesini dövlət birbaşa dəstəkləyir-ANALİZ14:25İlahiyyat İnstitutu ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb14:10Pərviz Şahbazov Çin Enerji Administrasiyasının rəhbəri ilə görüşüb13:58Havalar isinir13:53Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilir13:46Energetika naziri Pərviz Şahbazov Çində “Kəmər və Yol Enerji Tərəfdaşlığı”na dair çıxışlar edib13:39Azərbaycanda "İKT-də qızlar" günü12:47Çin-AB arasında anlaşma, Azərbaycanın gələcək əhəmiyyətini artıran amildir-TƏHLİL12:17ATU Klinikasında ürək qüsuru olan gənc əməliyyat olunub12:00Bakı, Çin kimi nəhəng siyasi və hərbi gücə malik ölkənin Qarabağ münaqişəsində dəstəyini ala bilər-ŞƏRH11:41AQTA iaşə obyektində nöqsanlar aşkar edib11:30Təhsil Nazirliyi “Twitter” istifadəsinə görə üçüncü yerdədir11:14AQTA maarifləndirici tədbirləri davam etdirir11:00Daha bir yolda hərəkət məhdudlaşdırılır10:50“Formula 1” Azərbaycan Qran Prisinə həsr olunmuş poçt markası buraxılıb10:40Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsinin nəticələri bəlli olub10:18Azərbaycanda ilk dəfə istixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə üsulu tətbiq edilir10:10İçəri Şəhərin hissə-hissə dağıdılması, Qarabağda ermənilərin tarixi abidələrimizə qarşı vandalizmi ilə eynidir09:55Lənkəranda quduzlaşmış itlər 10 nəfəri dişləyib09:35Müdafiə naziri HHQ-nin aviasiya bazasının yeni komanda məntəqəsinin açılışında iştirak edib - VİDEO09:30Əli Kərimli indi özünü Avropa simpatizanı kimi aparır09:28Düşmən atəşkəs rejimini 30 dəfə pozub08:5037 il əvvəl itkin düşmüş əsgərin cəsədi tapıldı08:37Azərbaycan gömrükçüləri ABŞ-da praktiki təlimlərdə iştirak edirlər08:25Rusiyada Azərbaycan diasporu birləşir08:14Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib08:08Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi07:55Narkotik alverçilərinin təlim keçdiyi tutuquşu saxlanıldı07:48Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vətəndaşları qəbul edib07:42"Azərbaycan Diaspor Könüllüləri" proqramı təqdim edildi07:12Dəm qazı daha bir can aldı07:00Hitlerin ölümqabağı teleqramı üzə çıxdı16:44Saatlı rayonunda çəyirtkəkimilərə qarşı mübarizə ilə bağlı təlim keçirilib16:20Mübariz Qurbanlı Ağcabədidə vətəndaşları qəbul edib15:50"Bakı Metropoliteni" QSC: əlil arabasının daşınması üçün yeni qurğu15:30Altı barmaqlı uşaq ATU-da əməliyyat olundu15:09KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib14:47Dövlət Komitəsinin sədri “Mine Mark” Fondunun nümayəndə heyəti ilə görüşüb14:33Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 102 əcnəbi saxlanılıb14:14Türkiyədən Gürcüstana qızıl əşyalarını qanunsuz keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb13:50“Xalq-iqtidar” birliyi antiazərbaycan qüvvələrə əl-qol açmağa imkan verməyəcək13:22Makiavellist siyasət Əli Kərimlinin boyuna biçilib12:55Iran Amerikanın hədəfində12:35Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib12:25Sabunçu rayonunda yol infrastrukturu yenidən qurulur12:08Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahlara, hərbi və xüsusi texnikaya baxış keçirilib-VIDEO11:45Narkotiklərə nəzarət sahəsində 2018-ci il üçün Ölkə Məruzəsi” hazırlanıb11:34“Şahin” hərbi-idman oyununun rayon birinciliyinin qalibləri müəyyən olub11:13180 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub10:54“İslam əxlaqı və müasir gənclik” mövzusunda seminar keçirilib10:45Bu yolda xətlənmə işləri aparılır10:05DGK sədrinin vətəndaşların qəbul tarixi dəyişib10:00Nərimanov rayonuna içməli su məhdudiyyətlə veriləcək09:38Mövqelərimiz düşmən tərəfindən atəşə tutulub09:17BNA daha bir proqrama start verir08:20"Vətən saatı" adlı tədbir keçirilib08:00Prezident İlham Əliyev Çinə işgüzar səfərə gedib15:49Türkiyə-ABŞ ziddiyyətləri artır15:17"Azərişıq" və "Azərenerji" "Formula 1" vaxtı birgə işləyəcək15:04Turizm klasterləşməsinin təşviqi prioritet istiqamətlərdəndir14:45Azərbaycan-Fransız Universitetinin tələbələri Bakı metropolitenində14:20Cəmiyyətdə baş verən əksər iyrəncliklərin mayasında korrupsiya və cəzasızlıq mühiti dayanır13:50Növbəti səyyar qəbul keçiriləcək13:36Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib13:24“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı çəkilib-VIDEO13:15ALDP sədri Çernobıl əlili ilə bağlı merə müraciət edib13:03Qar uçqununa düşən əsgərin meyiti tapılıb12:55Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü12:46Mən hər zaman Prezidentimin, xalqımın yanındayam12:36Beynəlxalq reytinq sistemində AzMIU birinci olub12:26“Formula-1” Azərbaycan Qran-prisi telekommunikasiya xidmətləri ilə tam təchiz edilib12:15Xaçmazda Nəsiminin abidəsinin açılışı olacaq11:54İcra başçısının MTN-dən çıxarılan oğlu balıq biznesinə başlayıb-FOTOLAR11:39Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən qurulur10:46AQTA Lənkəran və Ağdaş məktəbliləridə maarifləndirici tədbir keçirib10:36"Formula-1"dən qazandığımız və itirdiklərimiz-İQTİSADİ DƏYƏRLƏNDİRMƏ10:20Kitabxanaçılar klubunun üzvləri ilə görüş keçirilib09:55Düşmən atəşkəs rejimini 25 dəfə pozub09:30Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb09:00Müdafiə naziri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb19:01Gömrük Akademiyasında gömrük əməkdaşları üçün təlimlərə start verilib18:42Təhsil işçiləri arasında futbol çempionatı keçirilib18:26Dövlət Gömrük Komitəsinin sədri İsrail Dövlətinin səfiri ilə görüşüb17:29Prezident Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırıb16:59Heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri davam edir16:53Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulur16:10Cari ilin 1-ci rübündə dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən 1 milyard 672,9 milyon manat vergi səfərbər edilib16:01Millət vəkili seçicilərlə görüşüb15:57“Azərsu” yeni elektron xidmət istifadəyə verib15:36Azərbaycan nümayəndə heyəti minalarla bağlı beynəlxalq konfransda iştirak edib15:24Ukraynalılar yeniliyə səs verdi15:14Bu ilin 3 ayı ərzində ölkədə 10 minə yaxın elektron imza sertifikatı istifadəyə verilib15:01Füzuli Ələkbərovdan ölkənin imicinə böyük zərbə: sabiq nazir BMW-ni və dövləti necə aldadır?-ŞOK FAKTLAR
BÜTÜN XƏBƏRLƏR
Aprel 2019 (493)
Mart 2019 (323)
Fevral 2019 (330)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şamaxıda üzümçülüyün inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb

15 apr 2019, 10:49   
Şamaxıda üzümçülüyün inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb


Newscenter.az.15.04.2019. Kənd Təsərrüfatı Nazirliyi Şamaxıda rayon icra hakimiyyətinin dəstəyi ilə “Azərbaycanda üzümçülüyün yeni inkişaf mərhələsi və qarşıda duran vəzifələr” mövzusunda təlim-seminar keçirib. Newscenter.az nazirliyə istinadən xəbər verir ki, tədbir kənd təsərrüfatı məhsulları istehsalçılarının bilik və bacarıqlarını artırmaq, fermerləri elmin son nailiyyətləri ilə tanış etmək, onlara müvafiq tövsiyələr vermək, eləcə də müasir tələblərə cavab verən informasiya-məsləhət xidmətləri göstərmək məqsədi ilə təşkil olunub.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Şamaxı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və fermerlər iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov tədbiri açaraq Şamaxının böyük üzümçülük ənənələrinə malik olduğunu, ötən əsrin 80-ci illərində Azərbaycanda ən iri üzümçülük bölgəsi kimi tanındığını diqqətə çatdırıb. Vurğulayıb ki, o vaxt rayonda 27 min hektardan çox üzüm bağı olub. Hər il orta hesabla 250-260 min ton üzüm istehsal edilib. Bu gün, Azərbaycanda üzümçülüyün yeni inkişaf mərhələsinin yaşandığı bir vaxtda təsərrüfatın bu sahəsinin əvvəlki şöhrətinin qaytarılması ən ümdə vəzifələrdəndir.

İcra hakimiyyətinin başçısı vurğulayıb ki, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində rayonda xeyli iş görülüb və hazırda üzüm bağlarının sahəsi 1793,6 hektara çatdırılıb. Bağların 1612 hektarı məhsuldardır. 185 hektar cavan üzüm bağı intensiv üsulla əkilib.

Üzümçülüyün böyük iqtisadi səmərəsini vurğulayan Tahir Məmmədov Şamaxı iqlimində 100 hektar məhsuldar bağdan hər il orta hesabla 600 min manat gəlir götürməyin mümkünlüyünü, bu gəlirin, məsələn, bir hektar taxıl sahəsindən götürülən gəlirlə müqayisədə 20 dəfəyədək çox olduğunu diqqətə çatdırıb. Kənd təsərrüfatının bu sahəsi əhalinin il boyu məşğulluğu baxımından da çox əhəmiyyətlidir.

Təlim-seminarda kənd təsərrüfatı nazirinin müşaviri Elçin Zeynalov “Respublikada üzümçülüyün inkişafında aqrar elmin rolu”, nazirliyin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov “Üzüm istehsalçılarına təkmil formada məsləhət-informasiya xidmətinin göstərilməsi”, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Elnur Heydərov “Yeni üzüm sortlarının yaradılması və müasir tingçiliyin təşkili” mövzularında çıxış ediblər.

Vurğulanıb ki, hazırda respublikamızda kənd təsərrüfatında yeni innovasiyaların, texnologiyaların tətbiqi ilə əlaqədar iş aparılır. Məsələn, artıq pambıqçılıqda Çin texnologiyası tətbiq olunur. Üzümçülükdə də yeni texnologiyaların tətbiqi, fermerlərə informasiya xidmətlərinin göstərilməsi, onların yeni texnika barədə mütəmadi olaraq məlumatlandırılması zəruridir. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda hazırda yeni məhsuldar, xəstəlik və zərərvericilərə qarşı davamlı sortların yaradılması, şərab emalı və digər sahələr üzrə tədqiqatlar həyata keçirilir.

Çıxışlarda bildirilib ki, Şamaxıda üzümçülüyün və şərabçılığın inkişafı ilə əlaqədar böyük layihələr hazırlanıb, müasir texnologiya ilə yeni, məhsuldar bağların salınması, ixracyönümlü məhsulların istehsalı istiqamətində tədbirlər görülür. Artıq rayonda yeni tingçilik təsərrüfatı yaradılıb. Burada 120 mindən çox ting əkilib.

Təlim-seminarda fermerlərlə alim-mütəxəssislər arasında qarşılıqlı müzakirələr keçirilib, suallar cavablandırılıb.

Sonda “Şirvan şərabları” MMC-nin Meysəri kəndi ərazisindəki üzüm bağlarına baxış keçirilib.
OXŞAR MÖVZULAR