Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şabranın "Şahin"ləri zona mərhələsinin qalibi olublar

Şabranın "Şahin"ləri zona mərhələsinin qalibi olublar


Newscenter.az. 16.04.2019. Dünən Sumqayıt şəhərində "Şahin" hərbi idman oyunlarının zona mərhələsi kecirilib. Şabran rayonunu bu yarışlarda Şabran şəhər 3 saylı tam orta məktəbin "Samir" komandası təmsil edib və zona mərhələsində I yeri tutub.

Məktəbin direktor müavini Fərhad Məmmədovun Newscenter.az-ə verdiyi məlumata görə, komanda Azərbaycanın Milli Qəhrəmanı Samir Zülfüqarovun adını daşıyır: "Komandamız bu yarışlara çox ciddi hazırlaşırdı. İnanırdıq ki 2-ci dəfə respublikanın final mərhələsinə vəsiqə qazanacağıq. Komandanı yarışlara bacarıqlı və öz işinin ustası olan hərbi rəhbər Abğül Quliyev hazırlamışdır. Aprel döyüşlərinin ildönümü günlərində bu qələbə bizi daha da ruhlandırır. Gənc nəslin hərbi vətənpərvərlik ruhunda böyüməsində əməyi keçən müəllimlərimizə, xüsusilə də məktəb direktoru Fidan müəllimə Fərzəliyevaya təşəkkür edirik. Uğurlarınız davamlı olsun gənç "Şahin"lər. Hər birinizi təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq".
Xəbəri paylaş