Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-da silahlı qıza görə 22 məktəb bağlanıb

ABŞ-da silahlı qıza görə 22 məktəb bağlanıb


Newscenter.az.17.04.2019. ABŞ-ın Kolorado ştatında azı 22 məktəb silahlı qızın yaratdığı təhlükəyə görə müvəqqəti olaraq bağlanıb.

"Newscenter.az" xəbər verir ki, bu barədə NBC bildirib.

"Koloradoda "Columbine High School" da daxil olmaqla, ən azı 22 məktəb müvəqqəti bağlanıb. Federal Təhqiqat Bürosu və ştat hakimiyyəti "fövqəladə təhlükəli" kimi qeyd edilən 18 yaşlı qızı axtarır", - deyə telekanal bildirib.

Polis şerifi Mayk Taplinin ofisinin nümayəndəsi bildirib ki, həmin şəxs 18 yaşlı Sol Paisdir. O, ştata gəlib və Denver şəhəri ərazisindəki məktəbi təhdid edib. Polis nümayəndəsinin sözlərinə görə, qız silahlıdır və fövqəladə dərəcədə təhlükəlidir.

Anar Tagiyev
Xəbəri paylaş