Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda müasir yol infrastrukturu yaradılır

Paytaxtda müasir yol infrastrukturu yaradılır


Newscenter.az.17.04.2019. Paytaxt Bakıda yollarda sıxlıq və tıxacların azaldılması, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nərimanov rayonu ərazisində 6 km uzunluğa malik olan küçələrdə müasir yol infrastrukturu yaradılır.

Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, yeni və müasir yol infrastrukturunun Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəmənli küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən ara yollarda yaradılması işləri aparılır.

Sadalanan küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yataının yararsızq qruntu qazılaraq kənarlaşdırılır, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilir və yeni yol yatağı və yol əsası inşa edilir. Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir və kənarlarına yeni səki daşları düzülür.

Bundan başqa Molla Cümə küçəsində mövcud yol ayrıcı və dairə də sökülərək yenidən qurulur, aidiyyəti qurumlar tərəfindən yeni yeraltı kommunikasiya xətləri çəkilir.
Xəbəri paylaş