Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qusarda yol tikintisinə üç milyon manat ayrılıb

Qusarda yol tikintisinə üç milyon manat ayrılıb


Newscenter.az.17.04.2019. Prezident İlham Əliyev Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla səkkiz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.
Xəbəri paylaş