Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xətai rayonunda qaz kəmərləri yenidən qurulur

Xətai rayonunda qaz kəmərləri yenidən qurulur


Newscenter.az.17.04.2019. Paytaxtın qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Xətai rayonu Rəşid Bağırov, Qafqaz və Nazim Şükürov küçələrində əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması işləri, yeni qaz kəmərlərinin çəkilməsi və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarının və boru xətlərinin yeniləri ilə əvəz edilməsi işləri uğurla icra olunur.

Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, qeyd olunan küçələr üzrə pərakəndə çəkilən qaz kəmərlərinin əsaslı təmiri və yenidən qurulması məqsədilə müxtəlif diametrli borularla 10 min metrdən çox qaz xətləri yenilənib, hazırda qaz sayğaclarının yeni çəkilmiş xətlərin üzərinə quraşdırılması işləri aparılır.

Rayon ərazisində aparılan yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazidə yaşayan 4500-dək təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə, keyfiyyətli və dayanıqlı təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq.
Xəbəri paylaş