Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Raket və artilleriya bölmələri döyüş atışları icra edib-VIDEO

Raket və artilleriya bölmələri döyüş atışları icra edib-VIDEO


Newscenter.az.18.04.2019. Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüş atışlı məşğələləri keçirilib.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, məşğələlər zamanı bölmələr marş icra etmə, cəmləşmə rayonlarına çıxma və digər tapşırıqları yerinə yetiriblər.

Raket və artilleriya bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərinə zərbələr endirməklə döyüş atışları icra ediblər.
Xəbəri paylaş