Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər arasında müsabiqə keçirilir

Gənclər arasında müsabiqə keçirilir


Newscenter.az.19.04.2019. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının icrasına start verilir.

Nazirliyin mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, proqram Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.1-ci yarımbəndinin (ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması) icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.

Proqramda iştirak etmək istəyən gənclər ərizə formasını (əlavə №1) doldurub 20 may 2019-cu il tarixədək aşağıdakı elektron poçt ünvanlarına göndərməlidirlər.

Ərizə tam şəkildə doldurulduqda baxılması üçün namizədlər siyahısına daxil edilir.
İddiaçılar 18-25 arasında Azərbaycan vətəndaşı olmalıdır.
Xəbəri paylaş