Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu siyasətbazların bütün oyunları "müxalifət statusu"na yiyələnmək uğrundadır

Bu siyasətbazların bütün oyunları "müxalifət statusu"na yiyələnmək uğrundadır


Newscenter.az.20.04.2019. "Adətən balaca uşaqlar böyüklərin diqqətini çəkmək üçün kiçik-böyük dəcəlliklər edərlər. İstədiklərinə nail olana qədər bu davam edər. Bir də yaz gələndə bu yaramazlıqlar daha da artar. Qanın qaynayan vaxtıdı axı".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Binəqədi rayonu, Rəsulzadə bələdiyyəsi sədrinin köməkçisi Jalə Tofiqqızı deyib ki, deyəsən elə yazın gəlişi bizim müxalifətin də qanını qaynadıb:

"Amma qaynama həddini keçdiyi üçün heç bir məcraya sığmırlar. Müxalifət daxilindəki qaynama daha çox qaynar qazanın poqquldamağına oxşayır. Çünki qazanın daşma ehtimalı yaxın görünür. İstər AXCP-REAL didişməsi, istər Azərbaycan Xalq Hərəkatındakı söyüşmə-döyüşmə və səs yazıları "istintaqı", istər Müsavat Partiyası daxilindəki fikir ayrılıqları və başqanlıq mübarizəsi - bütövlükdə bütün cəbhələrin trollarının qarşılıqlı atışması ilə müşaiyət olunur. Hər tərəf öz trollarını qarşı tərəfin üstünə elə qış(s)qırdır, sinirlər o qədər gərilir ki, ortada məna və məzhəb itir. Kim? Kimi? Nə üçün? Əcdadları niyə yada salır? Arxivlər hardan uçur? Hamısı qarışır bir-birinə. Açdıqları bu arxivlər var haaa. Bunlarla bir-birlərini elə ifşa edirlər ki. Deyir ki, ayının min oyunu var, bir armudun üstündə".
Bu siyasətbazların bütün oyunları "müxalifət statusu"na yiyələnmək uğrundadır

Jalə Tofiqqızı deyib ki, bu siyasətbazların bütün oyunları "müxalifət statusu"na yiyələnmək uğrundadır:

"Bu status niyə belə matah olub? Çünki eşidiblər ki, bu statusu alanı, "müxalifət taxtı"na sahib olanı qrant tranşı mükafatı gözləyir. Üzücü olan bilirsiz nədir? Üzücü olan odur ki, bu tiplər bütün etdiklərinə "Azərbaycan adına", "xalq naminə" donu geyindirirlər".
Xəbəri paylaş