Impera

XƏBƏR LENTİ
22:26Mehriban Əliyeva Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanış olub22:00Mehriban Əliyeva İsmayıllı rayonuna səfərə gedib21:55Prezident İlham Əliyevin tapşırığı ilə birinci vitse-prezident Şamaxıya səfər edib21:00Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub16:02Millət vəkili Aprel şəhidinin övladlarına məktəbli çantası və dərs ləvazimatları hədiyyə edib-FOTOLAR15:55Türmə rəisinin oğlunun Londona yatırdığı milyonlar... - Abid Şərifovun nəvəsi danışdı + Ailə şirkətləri15:13Dövlət Gömrük Komitəsinin sədri Türkiyə Respublikası ticarət nazirinin müavini ilə görüşüb14:34Donorlar qarşısında hesabatını və hesabını şişirtmə taktikası14:03Məktəblərin ətrafında piyada təhlükəsizliyinin səviyyəsi artırlır13:50AQTA-da ictimai iaşə və heyvan mənşəli məhsullara nəzarət tədbirlərinin gücləndiriləməsi ilə bağlı növbəti iclas keçirilib13:33Cəmil Həsənli özünü Əli Kərimlinin vəkili qismində görür13:00Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilir12:45Narkotik vasitə və psixotrop maddə aşkarlanıb12:30Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçiriləcək12:00Hərbi qulluqçularımız “Saber Junction - 19” təlimində iştirak edir11:05ABŞ ölkəmizə qarşı təzyiqləri artıra bilər10:33Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb10:00Xanımlar daha çox hansı estetik əməliyyata üstünlük verir?09:48İtmiş it 4 il sahiblərinin yolunu gözlədi - FOTO - VİDEO09:30Atəşkəs rejimi 20 dəfə pozulub09:00“Kaspersky Lab” azərbaycanlı uşaqların internet maraqlarını araşdırıb18:51Şərur Sənaye Məhəlləsi yaradılır18:28Bakıda NATO qiymətləndirilməsi təlimi - VİDEO18:05Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 2 milyon manat ayrılıb18:00“Bakcell”in əməkdaşları ofisdə müştərini döyüb15:59Yeni kartların alınmasında növbələr müşahidə edilmir15:27Gədəbəydə gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilir15:06AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyasına infotur keçirilib14:54“Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib14:33Mənşəyi məlum olmayan ət və ət məhsullarından istifadə edən restoranın fəaliyyəti məhdudlaşdırıldı14:20Millət vəkili fəxri diplomla təltif olunub14:15Mobil telefonların qeyri-qanuni yolla ölkəyə gətirilməsinin qarşısı alınıb14:00Özbəkistanın bu addımı təqdirəlayiqdir13:46İndoneziya nümayəndə heyəti MOK-da olub13:30Yeni dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejimində çalışacaq13:20BMT QAK Azərbaycanda qaçqın tələbələrin ali təhsil almasına kömək edir13:19AQTA ictimai iaşə müəssisələrinin sahiblərinə xəbərdarlıq etdi13:10Sabah hava necə olacaq?13:00DGK bu il dövlət büdcəsinə 500 mln. manat artıq vəsait köçürəcək12:44Bakı-Sumqayıt, Bakı-Xırdalan istiqamətində hərəkət edən marşrut xətlərində avtobusların sayı artırılacaq12:38İlham Əliyev Bakıda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib12:30Bakıda mağazadan 2000 manat oğurlayan şəxs saxlanılıb12:23Prezident İlham Əliyev Suraxanı rayonunda 208 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub-YENİLƏNİB12:10Bölmə iclasları davam edir11:50Mehriban Əliyevanın fəaliyyətində təhsilin inkişafına dair proqramların icrası mühüm yer tutur.11:15Nazir və nazir müavinləri vətəndaşları qəbul edəcək10:50Bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədi ilə svetoforlarda "yaşıl dalğa" tətbiq ediləcək10:29Azərbaycan 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnikanı döyüş hazırlığı vəziyyətinə gətirdi10:15Dövlət Miqrasiya Xidmətində təlim keçirilib10:00Bu rayonların qaz təchizatında fasilə olacaq09:47Azərbaycanda mentorların hazırlanmasına başlanıldı09:20Düşmən sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub09:10Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yeni hərəkət cədvəlinə keçəcək09:00Bir neçə kiçik müəssisənin qaz təchizati dayandırılıb08:42Yeni dərs ili ilə əlaqədar dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub18:59Zakir Həsənov “TurAz Qartalı - 2019” təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb - VİDEO18:38Aqrar Xidmətlər Agentliyində toxumçuluğa həsr edilmiş tədbir keçirilib18:13Azərbaycan Fransaya nota verib18:04Əhaliyə ölü heyvan əti satan mütəşəkkil dəstə saxlanılıb18:00Hansı arıçılar bal yarmarkasında iştirak edə bilər?-QAYDALAR17:47Prezident 2 milyon manat ayırdı16:44Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi BTİ-nin sertifikatına və gümüş medala layiq görüldü16:00Yetər ki, hər bir siyasi partiya "iqtidar-müxalifət dialoqları" olmadan da cəmiyyətimiz üçün faydalı işlər görsün15:33Mikro və kiçik sahibkarların əl işləri sərgidə nümayiş olunur15:20Yararsız məhsullar yandırılaraq məhv edilib14:55İşğal olunmuş ərazilərə humanitar və qeyri-səfərlər təşkil edən ölkələrə qarşı rəsmi Bakı prinsipial olmalıdır14:40Miqrasiya Xidmətindən yeni layihə14:34“Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursu başa çatır14:23Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb14:16Gədəbəy və Samuxda gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək14:05Təhsil nazirinin müavini Şamaxıda vətəndaşları qəbul edəcək14:00Salyan və Tərtərin əkin sahələrində yerli və xarici pambıq sortlarının qiymətləndirilməsi aparılır13:55Şəmkirdə mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib13:38Sabah hava yağmursuz olacaq13:24Dialoqun əksi qarşıdurma və qeyri-qanuni mübarizədir13:18Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə “Moran Agro” MMC arasında əməkdaşlıq müqaviləsi bağlanıb13:07Bəxtiyar Musayev: “Endoskopik əməliyyatın aparılması mümkündürsə - aparılmalıdır!”12:55Siqaret qutusundan psixotrop maddə çıxdı12:47Qraciyər səssiz orqan olduğu üçün mütləq mütəmadi müayinəyə ehtiyacı var12:39Əli Həsənov AŞPA məruzəçisinin ölkəyə buraxılmaması ilə bağlı iddialara münasibət bildirib12:04“Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 59 min 419 yeni abonent qeydiyyata alınıb12:00Metronun “Xətai” stansiyası təmirdən sonra istifadəyə verilib, Prezident İlham Əliyev görülən işlərlə tanış olub11:55Prezident İlham Əliyev 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub11:44Bölmə iclaslarına start verilib11:31Avtomobil qəzası qaz xəttini zədələdi11:14"Xətai" mertostansiyası əsaslı təmirdən sonra istifadəyə verilib10:53Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir10:00Bak ı- Horadiz qatarının hərəkətində 1 saat 10 dəqiqə ləngimə olub09:41Sabunçunun qaz təchizatı dayandırıldı09:30Atəşkəs rejimi 21 dəfə pozulub09:00Şəki sakini dərmandan zəhərlənərək ölüb23:53Rusiya Azərbaycanlıları İttifaqı Qarabağ problemini Rusiya mediasının gündəminə daşıyır18:43Şəmkirdə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib18:22Rusiya Azərbaycanlıları İttifaqının üzvü Rauf Əzizov azadlıqda17:55Azərbaycan startapları Beynəlxalq Telekommunikasiya İttifaqından müsbət rəy alıb17:46Azərbaycanın Energetika naziri OPEC-in Baş katib və rusiyalı həmkarı ilə neft bazarını müzakirə edib17:26Dövlət Gömrük Komitəsi və "Huawei Tech. Azerbaijan" MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb17:12AQTA bal yarmarkasına çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edəcək16:48Nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin yeri dəyişdirilib15:50Çin texnologiyası əsasında becərilən pambığın bioloji məhsuldarlığı müəyyən olunub
BÜTÜN XƏBƏRLƏR
Eylül 2019 (330)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)

«    Nisan 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Füzuli Ələkbərovdan ölkənin imicinə böyük zərbə: sabiq nazir BMW-ni və dövləti necə aldadır?-ŞOK FAKTLAR

22 Aprel 2019, 15:01   
Füzuli Ələkbərovdan ölkənin imicinə böyük zərbə: sabiq nazir BMW-ni və dövləti necə aldadır?-ŞOK FAKTLAR


Newscenter.az.22.04.2019. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun varidatı haqda yeni məlumatlar əldə etmişik. Daha konkret desək, F.Ələkbərovun sahib olduğu mülklərin, torpaq sahələrinin bir hissəsinin siyahısı və fotoları AFN-in redaksiyasında mövcuddur. Nazir olduğu dönəmlərdə adı kifayət qədər geniş formada korrupsiyada hallanan sabiq məmur indi də dövlətə zərər vurmaqda davam edir desək, yanılmarıq. Belə ki, F.Ələkbərova və ailəsinə məxsus olan və gəlir potensialına malik əmlakların, boş torpaq sahələrinin istifadəsiz qalması, vergilərinin ödənməməsi müzakirə mövzusudur.

Yazımızın əvvəlində də qeyd edildiyi kimi, F.Ələkbərovun varidatı haqda redaksiyamıza ciddi faktlar məlumdur. Birinci yazı dərc edildikdən sonra sabiq nazirə məxsus olan Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsində fəaliyyət göstərən dayanacağın bağlanması haqda məlumat vermişdik. AFN-in araşdırmasının davamında aydın olur ki, əslində bağlanmalı olan obyektlərin sayı daha çoxdur. Çünki F.Ələkbərova məxsus şirkətlərdə ciddi qanun pozuntularına yol verilir. Mövzuya keçməzdən öncə onu qeyd edək ki, sabiq nazirin varidatının əsasını təşkil edən “Improtex” Şirkətlər Qrupudur. Şirkətlər Qrupuna “İmprotex Motors”, “İmprotex Trucks&Buses”, “İmprotex İndustries”, “İmprotex Travel” və Dubayda uzun illər fəaliyyət göstərən “IMEX AZ GENERAL TRADING L.L.C” (keçmiş İMEX Motors) şirkətləri (ünvan - UAE, Dubai,P .O.Box:15092, Al Bakhit Center, Office#403,Abu Baker Al Siddique street.) kimi şirkətlər daxildir.

1998-ci ildə təsis olunan BMW-nin Azərbaycanda yeganə rəsmi təmsilçisi “İmprotex Motors” şirkəti artıq 20 ildən artıqdır ki, böyük sayda BMW maşın və ehtiyat hissələrinin satışını təmin edir. Lakin bu satışlar nəticəsində həyata keçirilən maliyyə əməliyyatlarında bir sıra qeyri-şəffaf proseslər diqqəti cəlb edir. Belə ki, AFN-in araşdırması zamanı külli miqdarda vergidən yayınma hallarına yol verildiyi aydın olub. Son illərdə vergi siyasətində aparılan islahatlar “İmprotex” Şirkətlər Qrupunu məcbur edib ki, maliyyə fəaliyyətində kosmetik də olsa bəzi dəyişikliklər etsin. Təbii ki, yaranmış vəziyyət heç də şirkətə sərf etmir və əlavə qazanc üçün yollar axtarılır. Axtarış uzun sürmür. “Bacarıqlı” işlətməçilər bəyan olunmayan gəlirin daha da artırılması məqsədilə BMW şirkətindən xəbərsiz, tam qanunsuz – baş importyor müqaviləsinə zidd olaraq maşın və ehtiyat hissələrin alqı-satqısı ilə məşğul olmağa başlayırlar. Beləliklə, yalnız Azərbaycanda satışına icazə verilən maşın və ehtiyat hissələri ölkədən çox-çox uzaqlarda Çin, İran və bəzi Avropa ölkələrində guya Azərbaycana idxal olunma adı altında qanunsuz şəkildə satılır. İl ərzində Azərbaycanda 120-150 ədə BMW satıldığı halda, adları qeyd edilən ölkələrdə orta hesabla ildə 500-1000 ədəd arasında müxtəlif BMW modeli olan nəqliyyat vasitələri “xırıd edilir”. Azərbaycanda pərakəndə satışda maksimal olaraq ildə 120-150 ədəd maşın satan “İmprotex Motors”un bundan 3-4 dəfə artıq sayda maşının xaricdə satması və əldə olunan gəlirlərin rəsmən bəyan edilməyərək ofşor ölkələrdəki (əsasən BƏƏ) bank hesablarına köçürülməsi ciddi suallar ortaya çıxarır.
Diqqətli oxucu bilməmiş olmaz ki, son illərdə Azərbaycanda BMW maşınlarının ciddi surətdə azaldığı müşahidə olunur. Bunun əsas səbəbi isə F.Ələkbərovun “BMW Bank”dan “Improtex” şirkətləri vasitəsi ilə külli miqdarda kredit götürməsi və bu kredit vəsaitlərindən təyinatına uyğun istifadə etməməsidir. Belə ki, əldə etdiyimiz məlumata görə, F.Ələkbərovun “BMW Bank”a təxminən 8 milyon avro kredit borcu var. Bankdan götürülən kredit məbləğlərinə BMW markalı avtomaşınlar alınaraq Azərbaycana gətirilməli olduğu halda, bu pul vəsaiti “Improtex” Şirkətlər Qrupunun digər fəaliyyət istiqamətlərinə (zavodun tikintisi, şirkətlər qrupuna daxil olan cəmiyyətlərin “PaşaBank” və Beynəlxalq Banka olan kredit borclarının ödənilməsi və s.) yönəldilib və F.Ələkbərovun şəxsi ehtiyaclarına xərclənib. Başqa sözlə, F.Ələkbərov ona məxsus şirkətlərin “PaşaBank” və Azərbaycan Beynəlxalq Bankına olan borclarını Almaniyanın “BMW Bank”ından alınmış kredit vəsaiti hesabına ödəyib. Məhz bu cür qanunsuz əməliyyatların nəticəsi olaraq BMW avtosalonunda daima avtomaşın çatışmazlığı mövcuddur və müştəri avtomaşın almaq istədiyi təqdirdə maşının dəyərinin yarısı alınaraq, yalnız 3 aydan sonra avtomaşının gətirilməsi mümkün olur. Bu hallar həm də BMW avtoservisinin fəaliyyətinə də ciddi şəkildə təsir göstərir. Belə ki, ehtiyat hissələri və avtoservisdə göstərilən xidmətlərin qiyməti real dəyərlərindən qat-qat artıq olmaqla lazımi keyfiyyətə də cavab vermir. Bununla da F.Ələkbərov BMW kimi nəhəng bir konsernin nüfuzunu Azərbaycanda heçə endirir desək, yanılmarıq.
Ölkə bazarında bu və digər səbəblərdən satışın aşağı olması F.Ələkbərovu məcbur edib ki, xaricdə importyorluq sazişinə zidd olaraq satışlar həyata keçirsin. Bu isə istər BMW kimi nüfuzlu bir şirkətdə, istərsə də bu şirkətin digər portnyorlarında təbii ki, ölkəmizə qarşı mənfi fikir formalaşmasına səbəb olacaq addımdır. BMW şirkəti rəhbərliyinin hələlik baş verənlərdən bixəbər olması ölkəmiz üçün avantaj hesab edilə bilər.

Qeyd edək ki, Donald Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra Çinə qarşı tətbiq olunan məlum ticarət sanksiyaları nəticəsində ABŞ-da istehsal olunan bəzi BMW modellərinin Çinə ixracında ciddi problemlər yaranıb. Bunun nəticəsi olaraq isə F.Ələkbərovun daha bir qanunsuz “obyekti” gəlirdən məhrum olub deyə bilərik.
Eyni vəziyyət “İmprotex Trucks&Buses” şirkətində də mövcuddur. Artıq 15 ilə yaxındır ki, dünyanın ən iri yük maşınları istehsalçısı olan Almaniyanın MAN şirkətinin maraqlarını Azərbaycanda “İmprotex Trucks&Buses” şirkəti təmsil edir. Bu şirkət MAN ilə imzaladığı importyor sazişinə zidd olaraq Avropada tam gizli və qanunsuz şəkildə artıq bir neçə ildir ki, ehtiyat hissələrinin satışı ilə məşğuldur.
Burada da mallar üzrə maliyyə dövriyyəsi və əldə olunan gəlir tam şəkildə xaricdə yerləşən “İMEX Treydinq” şirkəti vasitəsilə aparılır və təbii ki, ölkəmizdə bəyan olunmur.
Son illərdə böyük çətinliklər və əziyyətlə beynəlxalq biznes aləmində Azərbaycanın müsbət imicinin gücləndirilməsində prezident İlham Əliyevin gördüyü böyük işlər fonunda F.Ələkbərovun dünyanın ən iri avtomobil istehsalçısı olan şirkətə qarşi törətdiyi bu əməllər ifşa olunarsa, necə qiymətləndirilər?! Belə hallar ümumilikdə ölkəmizin biznes mühitinə, müsbət biznes imicinə böyük xələl gətirir və ümid edirik ki, aidiyyatı qurumlar bununla bağlı tədbir görəcəklər.

Araşdırmalarımız davam edir.
OXŞAR MÖVZULAR