Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya azərbaycanlıları qrupundan soydaşlarımıza çağırış

Rusiya azərbaycanlıları qrupundan soydaşlarımıza çağırış


Newscenter.az.22.04.2019. Hansı tərəfin haqlı olduğundan asılı olmayaraq Azərbaycandan kənarda iki azərbaycanlının bir-birinə qarşı təhqirlərlə düşmən kimi söz müharibəsi aparması təəssüf doğurur.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Rusiya Azərbaycanlıları qrupunun” təmsilçisi Aynur Ələkbərova səsləndirib. O, bu kimi halları mənfi qarşıladığını ifadə edib: “ Heç olmasa bu təəsüf doğuran fikirlərinizi Azərbaycan dilində yazın, yazdıqlarınızı anlayan Rus və ermənilərin gülüş hədəfinə çevrilməyəsiz. Artıq çevrilmisiniz. Erməni qruplarında deyişmələrinizi paylaşıb ləzzət alırlar, bizə ehtiyac yoxdur, bir-birlərini qıracaqlar yazırlar. Əgər həqiqətən bu münaqişə Azərbaycanın maraqları üçündürsə, Azərbaycanın xətrinə bir-birinizi bağışlamağı bacarın. Hədə-qorxularınızla yox, Azərbaycan və azərbaycanlılar üçün gördüyünüz işlərlə susdurun bir-birinizi.

AzerRosun müdafiə dəstəsi, siz isə imkan tapanda steparatçı, terrorist ermənilərin də ünvanına iki kəlmə acı söz yazın” .
Xəbəri paylaş