Impera

XƏBƏR LENTİ
20:45Biz cəmiyyəti aldada bilmərik20:33Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda görüşüb15:12Biz onların addımını birəbir "kopya"lamalı, təkrarlamalı deyilik15:00Metronun "Gənclik" stansiyasında qatarda tüstülənmə olub14:2039 nömrəli müntəzəm marşrut xəttində yeni avtobuslar xidmət göstərəcək14:00Sabah hava necə olacaq?13:10Xaçmazda İcbari Tibbi Sığorta haqqında maarifləndirmə tədbiri keçirilib12:30Xəzər rayonunun 3 yaşayış massivində 24 km yol yenidən qurulur12:02Azərbaycanda intensiv meyvə bağlarına subsidiya veriləcək11:53BNA-dan sürücü və sərnişinlərə küləkli hava ilə bağlı xəbərdarlıq11:37Erməni tərəfi Qazax istiqamətində təxribat törədib11:22Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub10:57Azərbaycan və Rusiya gömrük orqanları arasında növbəti işçi görüş keçirilib10:30Belə bir başlıqla xəbər yaymaq hansı milli vicdana sığır?10:00Heyvandarlıqda innovativ yemləndirmənin əhəmiyyətinə həsr olunmuş konfrans keçirilib09:28Qazax və Ağdamdakı mövqelərimiz atəşə tutulub20:30Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verib18:46Bakıda Ermənistan istehsalı olan qənnadı məmulatının satılması ilə bağlı məlumatlara aydınlıq gətirildi18:25Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri vətəndaşlarla görüşüblər18:11Korporativ idarəetmə, daxili bazar araşdırmaları və investisiya təşviqi sənədinə dair onlayn maarifləndirmə tədbiri keçiriləcək17:51Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib17:46Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub17:23Birləşmiş Ərəb Əmirliklərində keçirilən “SMART SME MENA 2019” sərgisi başa çatıb17:02Azərbaycan Özbəkistanda keçirilən CAREC tədbirlərində təmsil olunub16:51Bu yolda hərəkət məhdudlaşdırılacaq16:26Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib16:04Paytaxt məktəblərində Beynəlxalq Sülh Günü qeyd edilib15:41Hərəkətin təhlükəsizliyinə zəmanət gücləndirilir15:31Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib15:00Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib14:50Qazaxda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı zona müşavirəsi keçirilib14:06Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır13:51AAYDA rəhbərliyi vətəndaşları qəbul edib13:45Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir13:40Sabah Azərbaycanda qar yağacaq13:30Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib13:11Biz ədalətli oyunun tərəfdarıyıq: “Kaspersky Lab” kiberidmanda fırıldaqçılığa qarşı mübarizə həllitəqdim edir13:00Müəllimlər üçün peşəkar inkişaf proqramı həyata keçirilir12:46Şimal zonasında 1000-dən çox abonentin qaz təchizatında problem yaranıb12:30Hansı halda Ermənsitanla danışıqlar yoluyla problemin həll ediləcəyinə az da olsa ümid yaranır?12:24Hansı millət vəkili 300 min dollara görə deputat vəsiqəsini girov qoydu?12:09Hərbi təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub - VİDEO11:56Keçən ay 54 bina üzrə 1488 mənzilə təbii qazın verilməsi təmin edilib11:37Mehriban Əliyeva neftçiləri təbrik edib11:12Azərbaycan və Ermənistan XİN rəhbərləriı sentyabrın 23-də Nyu-Yorkda görüşəcəklər10:59Sumqayıtın qaz təchizatında məhdudiyyət olacaq10:36Yeni subsidiya mexanizminin tətbiqinə dair fermerlərə təlimlər keçirilir10:11Dini Komitə rəhbərliyi vətəndaşları qəbul edəcək09:41Atəşkəs rejimi 21 dəfə pozulub09:19Azərbaycan və Tacikistan arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib09:00“Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü qeyd olunur18:00Aparıcıdan “Qarabağ”a dəstək - Efirə belə çıxdı-VİDEO16:17"Azərsu" rəhbərliyi vətəndaşları qəbul edib15:46“Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvlüyünə qəbul edildi14:21Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub13:44Baytarlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib13:30"Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri saziş idi13:04Torpağa basdırılmış ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edildi (FOTO, VİDEO)12:41Təhsil müəssisələrində Milli Musiqi Günü qeyd edilib12:21Gələn ildən üzüm bağlarının hər hektarına görə fermerə 600 manat subsidiya veriləcək12:00Cari ilin sonuna qədər ümumi qaz hasilatında 20 fazi artım proqnozlaşdırılır11:44Ölkə üzrə qaz ixracı 5 dəfədən çox artıb11:30Müdafiə naziri hərbi təlimlərlə bağlı müşavirə keçirdi11:06"Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə10:28ADAU tələbələri üçün böyük dəyər – Universitetin öz TV-si yaradılıb10:00Nobel və Babək prospektlərini birləşdirən küçələr yenidən qurulur09:30Mövqelərimiz atəşə tutulub09:00Əhməd Əhmədzadə vətəndaşlarla görüşüb15:17“Türk Hava Yolları” Avropa istiqamətində endirim kampaniyasına start verib15:05Pirotexniki vasitələr aşkarlandı14:57Milli Musiqi Günü metroda qeyd edilib14:21Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilib14:09Gürcüstandan qeyri-qanuni yolla siqaret gətirilməsinin qarşısı alındı14:00Şagirdlərin yerdəyişməsi ilə bağlı 56 462 müraciət daxil olub13:47EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 335230 nəfərə çatıb13:29Qubada "Azərişığ"ın maşını dərəyə aşıb, ölənlər və yaralananlar var13:20Ramiz Mehdiyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb13:00Sabah Bakıda güclü külək əsəcək12:50Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib12:38Azərbaycanda 622689 hektar sahədə payızlıq əkinlər üçün şum aparılıb12:21Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir12:00Müəllimlərin İKT bilikləri yoxlanılır11:50Külli miqdarda dərman preparatları aşkar edilib (FOTO, VİDEO)11:23Müdafiə nazirinə təlimlərin gedişi barədə məruzə edilib – VİDEO10:49Futbolçu Mahir Emrelinin evini talamaqda şübhəli bilinən şəxslər tutulublar10:23Bir neçə yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb10:00İkitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub09:30Ermənilər atəşkəs rejimini 20 dəfə pozub19:00Kənd Təsərrüfatı Nazirliyinin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb18:03Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin təşkili prosesi ilə tanış olub16:38Zabrat qəsəbəsində səth sularının kənarlaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb16:19Bakıda növbəti beynəlxalq ekoloji aksiya keçiriləcək15:42Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib15:17“Türk Hava Yolları” “2020-ci ilin beş ulduzlu qlobal hava yolları şirkəti” adına layiq görülüb14:42Avropa Şurası Azərbaycan əlaqələri qarşılıqlı hörmət prinsipinə əsaslanır14:14Neftçalanın daha bir kəndinə təbii qaz verildi14:03Kənd Təsərrüfatı Sənayesi və Əlaqədar Maşınların Sərgisi keçiriləcək13:50“İrəli” -nin əməkdaşları İspaniyada beynəlxalq layihədə13:40Paşinyanın komandasında "yarpaq tökümü" başladı13:25Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
BÜTÜN XƏBƏRLƏR
Eylül 2019 (482)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)

«    Nisan 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türk “iş adamı”ndan istintaqa təzyiq: “Ərdoğana deyəcəm, Türkiyə mediasına çıxaracam…”-ŞİKAYƏT+VİDEO

22 Aprel 2019, 11:39   
Türk “iş adamı”ndan istintaqa təzyiq: “Ərdoğana deyəcəm, Türkiyə mediasına çıxaracam…”-ŞİKAYƏT+VİDEO


Newscenter.az.22.04.2019. Məhkəmə Qərarlarına Nəzarət Baş İdarəsinin Xətai rayon İcra və Probasiya şöbəsinin sabiq əməkdaşı Cəlilov Fərid Arif oğlu özünü türk iş adamı kimi təqdim edən Necati Elemana tərəfindən şərləndiyini deyir.

AFN-ə danışan şikayətçi saytımız vasitəsilə hüquq-mühafizə orqanları rəhbərlərinə və ölkə prezidentinə müraciət edir. Redaksiyamıza video və yazılı müraciət göndərən sabiq icra məmurunun sözlərinə görə, bu şərlənmə nəticəsində işini də itirib, azadlığına da təhlükə yaranıb: “Cənab prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova üzümü tutub xahiş edirəm ki, mənə kömək etsinlər. Təxminən 2017-ci ilin aprel-may aylarında dostum Cəfərov Emin vasitəsilə Türkiyə vətəndaşı Necati Elemana ilə tanış olmuşam. Onunla bizim münasibətlərimiz bir müddət sadəcə tanışlıq olsa da, sonradan mən ona dost münasibəti bəsləmişəm. Daha bir müddətdən sonra isə biz demək olar ki, hər gün görüşür, bir yerdə vaxt keçirirdik. İştirak etdiyimiz məclislərin birində Necati Elemana mənim dostum Ceyhun Qəmbərovla tanış olub və onun maşın alveri ilə məşğul olduğunu öyrənib. Növbəti görüşlərdə isə Necati Elemana Ceyhun Qəmbərova birgə maşın alveri etməyi təklif edib. Ceyhun Qəmbərov ilk vaxtlar bu təklifə isti yanaşmasa da, sonradan onların bu iş birliyi baş tutub. Bu minvalla Ceyhun Qəmbərov öz əlində olan vəsaiti ortaya qoyub, Necati Elemana isə Türkiyədə olan hesabından ona vəsait göndərməyə başlayıb. Onlar birgə fəaliyyət dövründə təxminən 7-8 ədəd avtomobil alıb-satıblar. İlk əvvəllər avtomobillər Ceyhun Qəmbərov tərəfindən alınıb Necati Elemana tərəfindən isə internet vasitəsilə satılıb. Bəzi avtomobillərin satışından əldə olunan vəsaiti Necati Elemana özü müştərilərdən götürüb, digərlərini isə Ceyhun Qəmbərov vasitəsilə alıb. Bütün avtomobillər satılandan və Necati Elemana qoyduğu mayanı götürdükdən sonra Ceyhunun onun pulunu qaytarmadığını iddia edərək bu işdə heç bir iştirakım olmadığı halda mənim və Ceyhunun barəsində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə şikayət ünvanlayıb. Həmin şikayətlərdə Ceyhun Qəmbərov və mənim tərəfimdən guya hədələndiyini, uşağının oğurlanması ilə təhdid edərək ondan pul tələb edildiyini bildirib. Həmin idarəyə dəvət olunduqda məsələyə heç bir aidiyyatım olmadığını, Necati ilə bu mövzuda heç bir söhbətim olmadığını desəm də, nəzərə alınmadı. Necati ora çağırılarkən ondan pul alıb-almadığımı, bu işə qarışıb-qarışmadığımı soruşduqda o, belə bir şey olmadığını şifahi qaydada etiraf etdi. Daha sonra biz Necati ilə bir neçə dəfə görüşdük və mən artıq onun nə tipdə adam olduğunu görüb onunla söhbətlərimizi lentə aldım. Həmin səs yazıları məndə var və onları hazırda istintaq orqanına təqdim etmişəm. Sonra Ceyhun Qəmbərovla və mənimlə bağlı materiallar BMCQMİ-dən Baş Prokurorluğa göndərildi. Baş Prokurorluq isə öz növbəsində Ədliyyə Nazirliyinə göndərdi. Araşdırma nəticəsində mən haqsızlığa məruz qalaraq vəzifədən azad edilmişəm. Materiallar yenidən Baş Prokurorluğa, oradan isə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilərək faktla bağlı cinayət işi qaldırılıb. Cinayət işi başlandıqdan sonra vəkilimlə idarədə olmuşam, baş verənlərin mənə heç bir aidiyyatı olmadığını dəfələrlə desəm də, Necatinin təzyiqi ilə üzləşən istintaq (o, Türkiyə Respublikasının prezidenti Ərdoğanla münasibətlərinin olduğunu deyir, məsələni ona deyəcəyi ilə hədələyir) mənə qarşı haqsızlıq edib. İstintaq obyektiv araşdırılmayıb. Bizim təqdim etdiyimiz səs yazıları, sübutlar, şahidlərin ifadəsi heç biri nəzərə alınmayıb. Necatinin şər-böhtanı ilə hazırda məni təqsirləndirilən şəxs qismində cəlb etmək istəyirlər.

Mən istintaqa Necatinin məndən əvvəl də başqa insanları şərləməsi ilə bağlı sənədlər təqdim etmişəm. Onun şər-böhtanı ilə daha bir neçə şəxs üzləşib. Həmin şəxsləri şərləyən Necati Elemana onları da tutdurmaq istəyib, lakin buna nail ola bilməyib, cinayət işinin başlanması rədd edilib. Həmin adamlardan Ziyadın, türk vətəndaşı olan Gürkanın, öz işlədiyi “Trump Tover”da Üzeyir adlı şəxsin adını çəkə bilərəm. Məndə olan məlumata görə, Azərbaycandan 1 milyon 700 min civarında pulu qara yollarla Türkiyəyə keçirib. Natiq, Ağakərim adlı şəxslərə də şər ataraq pullarını ələ keçirib. Bütün bu sübutlar istintaqda nəzərə alınmır və Necatinin təzyiqlərinə dözməyərək istintaq məni təqsirləndirilən şəxs kimi cəlb etmək istəyir”.

Şikayətçi bildirir ki, N.Elemana Türkiyə vətəndaşı olduğu halda öz ölkəsinə giriş-çıxış edə bilmir: “Mənim bildiyimə görə, onun Türkiyədə avtobusu var və İsmayıl adlı sürücüsü Suriyaya adam keçirib. Lakin o səfirliyə müraciət etməsi hədəsi ilə istintaqın obyektiv araşdırılmasına maneçilik törədir. Bu günə kimi mənim heç yerə müraciət etməməmin səbəbi istintaqa mane olmamaqdır. Lakin görürəm ki, istintaq heç də obyektiv aparılmır, heç bir günahım olmadığı halda təqsirləndirilən şəxs qismində cəlb olunmağa doğru gedirəm.
Cənab Ali Baş Komandan! Sizin bir əsgəriniz olaraq mənim sizdən xahişim bu məsələnin obyektiv araşdırılmasına göstəriş verməyinizdir. Mənim sizdən başqa müraciət edə biləcəyim bir yer qalmayıb. Mənim təqdim etdiyim sübutlara məhəl qoyulmur, açıq-aşkar şərə-böhtana məruz qalmışam, hazırda çox pis vəziyyətdəyəm. Sizin ədalətinizə güvənib üzümü sizə tuturam! Mən öz müraciətimi ümummilli liderimiz Heydər Əliyevin bir fikri ilə bitirmək istəyirəm: “Dövlət iki halda sarsıla bilər: günahkarlar cəzasız qaldıqda və günahsızlar cəza aldıqda. ”

F.Cəlilov redaksiyamıza göndərdiyi yazılı müraciətində bildirib ki, 2017-ci ildə Necati Elemana onları şərlədiyi kimi, Ziyad Quliyev və Emin adlı şəxslər barəsində də eyni ittihamla Səbayel Rayon Polis İdarəsinə şikayət edib. RPİ-nin verdiyi qərarla N.Elemananın şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilib. Oxşar hadisə 2018-ci ildə də baş verib. Belə ki, N.Elemana yenidən Səbayel RPİ-yə müraciət edərək Ziyad Quliyev və Emin haqqında şikayətçi olub. RPİ bu dəfə də toplanmış materiallar üzrə cinayət işinin başlanması ilə bağlı rəddetmə qərarı verib: “Buna səbəb isə bizim işimizdə olduğu kimi, onda da N.Elemananın şər-böhtana əl atdığının faktlarla sübuta yetirilməsidir. Mraqlı burasıdır ki, həmin iş üzrə də N.Elemananın təqdim etdiyi şahidlər bizim işimizdə də “şahidlik” edirlər. Bu qədər təsadüf təbii ki, ola bilməz. Mən artıq düşünürəm ki, Necati planlı şəkildə mənimlə və mənim vasitəmlə Ceyhunla tanış olub, belə bir təklifi edib və plan quraraq bizi şərləməyə çalışır. Onun Azərbaycan Respublikasında heç bir rəsmi işi yoxdur, amma adını iş adamı qoyublar”.

Şikayətçi onu da qeyd edir ki, N.Elemana barəsində xuliqanlıq ittihamı ilə məhkəmə hökmü var: “2017-ci ildə onun borclu olduğu bir nəfəri yanında saxladığı idmançılara döydürüb. Nəticədə onun barəsində Səbayel Rayon Məhkəməsinin hökmü var.
Mən bir qədər söhbətimizin əvvəlinə qayıdaraq onu da qeyd edim ki, Necati Elemananın avtomobil satdığı adamlar hamısı onun öz yaxınları olub. Məsələn, “5+ avtosalon”da Bəxtiyar var, ona və Elmana 2018-ci il aprelin 24-də - bu hadisələr başlayanda - onun xeyrinə izahat verməsi üçün “İphone X” telefonu alıb verib. Bəxtiyar bizimlə səmimi söhbətində pulu Ceyhun Qənbərova yox, Necat Elemana verməsini etiraf edib. Lakin Korrupsiyaya qarşı Mübarizə İdarəsində verdiyi ifadədə pulu Ceyhuna verdiyini deyib.
Dələduzluqla bağlı Necati haqqında polis bölmələrində xeyli sayda şikayətlər var. Çox maraqlıdır ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, baş ədliyyə müşaviri Rəfael Süleymanov istintaq müddəti başa çatmamış Necatinin zərərçəkmiş şəxs qismində tanınması haqda qərarı ona təqdim edib. Bu isə adıçəkilən şəxsin istintaqa etdiyi təzyiqlər nəticəsində mümkün olubş. Yuxarıda da dediyim kimi, Necati Elemana müxtəlif üsullarla istintaqa, hüquq-mühafizə orqanlarına təzyiqlər edir, Türkiyə prezidentinin, Türkiyənin Azərbaycandakı səfirliyinin və Türkiyə mediasının adından istifadə edir. Rafael Süleymov Necati ilə danışanda deyib ki, mənim onlara (yəni bizə) heç bir hörmətim yoxdur, marağım odur ki, onlara ən ağır maddə verək. Necatinin bizim əmlakımızın müsadirə edilməsi istəyinə də müstəntiq müsbət cavab verib. Deyib ki, iki əmlakları var, hamısını qeyd edib, müsadirə olunacaq. Onların bu danışıqlarını sübut edən faktlar var əlimdə. İstintaqın işdə qeyri-obyektivlik etdiyinin daha bir sübutu budur ki, Necati mənlə üzləşmədə dedi 13 min manat götürmüşəm, Ceyhunla üzləşmədə isə deyib ki, 15 min dollar bir götürmüşəm, 8 min manat bir, lakin bunların heç biri nəzərə alınmır istintaq tərəfindən”.

İş üzrə şahid qismində cəlb edilən Quliyev Asim Nizami oğlu Ədliyyə Nazirliyində F.Cəlilovun əleyhinə izahat verib. Sonradan Korrupsiyaya Qarşı Mübarizə İdarəsində səmimi etiraf edərək bildirib ki, N.Elemana ona izahat müqabilində 5 min manat pul boyun olub. İstintaqın gedişatında N.Elemana ilə A.Quliyevin bununla bağlı üzləşməsi də olub: “Məsələnin başqa bir maraqlı məqamı ondan ibarətdir ki, N.Elemana istintaqa izahatında bildirib ki, Ceyhunun atası kasıb taksi sürücüsüdür, ancaq Fəridin atası uzun illər Bakı şəhərində notarius işləyib, iki yerdə evləri var, ona görə pulunu Fəriddən istəyir. İstintaq bu izahatı əsas kimi götürür və məni təqsirləndirilən şəxs qismində tanımağa hazırlaşır. Mənə qarşı haqsızlıq var, haqsız yerə işimi itirmişəm, indi də azadlığım təhlükə altındadır və bu məni intihat həddinə çatdırıb”.

Mövzunu diqqətdə saxlayacağıq.

P.S. Qarşı tərəfi dinləməyə hazırıq.
OXŞAR MÖVZULAR