Impera

XƏBƏR LENTİ
11:20Qaz xəttinin zədələnməsi abonentləri qazsız qoydu11:04Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq10:55"Sağlam məktəbli" layihəsi çərçivəsində bölgələrdə tədbirlər davam edir10:41Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb10:00Bu rayonların qaz təchizatında fasilə olacaq09:35Cəbhədə erməni silahları susmur09:00ABŞ-da "Tarzan"ı oynamış Hollivud ulduzunun oğlu polis tərəfindən güllələnib - FOTO22:51Prezidentdən ciddi tapşırıq: "Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır"22:33Niyə heç cürə kompromisə getmək istəmirsiniz?22:26Azərbaycan Prezidenti: "Vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir"22:04Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşüb21:54İlham Əliyev: "Bu gün iqtidarda olan bəziləri islahatlara qarşı çıxış edirlər"20:33Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb19:14Dövlət Gömrük Komitəsinin sədri İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri ilə görüşüb18:13Minskdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası keçirilir17:15BMqT-nin Azərbaycan nümayəndəliyi üşaqlar üçün nəzərdə tutulan sığınacaqda təmir işləri başa çatdırıb17:00Azərbaycanda yeni dövlət qurumu yaradılır16:10Bu ilin 9 ayı üzrə Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb15:49Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib15:10Dünyada 820 milyondan çox insan acdır14:54KOBİA istixana təsərrüfatının yaradılmasına dəstək göstərib14:28İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər14:06Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb13:41Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib13:26BMqT İcmanın məlumatlandırılması görüşlərini davam etdirir13:13Sabah hava necə olacaq?13:02Müdafiə naziri NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb12:50Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır12:15BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli ilə görüş keçirilib11:52Ayaqqabısında psixotrop maddə keçirmək istədi11:38“Mastercard” kiberməkandakı konfliktlərdə nzərərçəkmişlərə yardım edəcək11:14Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər10:39“Azəriqaz” payız-qış mövsümünə hazırlığa start verib10:27Müəllim və valideynlərin müraciətləri dinləniləcək10:06Bu rayonlarda qaz olmayacaq10:00Xətai rayonu Səməd bəy Mehmandarov küçəsi yenidən qurulub09:20Düşmən müxtəlif istiqamətlərində snayper tüfənglərindən mövqelərimizi atəşə tutub09:00Ümumdünya Qida Günü ilə əlaqədar məktəblilərlə görüş keçirilib08:30Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb22:00İlham Əliyev: "Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz"20:30Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib19:41Azərbaycan Rusiyaya nota verib17:15“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans keçirilib-FOTOLAR16:52Türkiyə nümayəndə heyəti “ASAN xidmət”də16:14Daha 38 mütəxəssis Kənd Təsərrüfatı Nazirliyi sistemində işə götürüldü15:33“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” qadınlar üçün yeni proqrama start verib15:19Yük qatarı sərnişini vurdu14:58Bakıda Türk Şurasının sammitində yekun bəyannamə imzalanıb14:47Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü başa çatdı14:35“Azəriqaz” İB iddialara aydınləq gətirdi14:25Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə keçiriləcək14:06"Bakı Metropoliteni" beynəlxalq tədbirdə təmsil olunub13:53Rəcəb Tayyib Ərdoğan: ""Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün əlimizdən gələni edəcəyik"13:10Bakı Şəhəri üzrə Təhsil İdarəsi gələcək hədəflərini açıqlayıb13:00Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub12:41Cari ilin 9 ayı ərzində Energetika Nazirliyinə 2707 müraciət daxil olub12:23Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb12:03Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün11:30Güzəştli şərtlərlə səyyar gübrə satışından 2756 vətandaş yararlanıb11:15Bakıda 10 məktəb direktoru işdən çıxarılıb11:05Bu yollarda rəngləmə işləri aparılacaq11:00Özbəkistanla turizm sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb10:40AQTA bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi10:12Energetika naziri vətəndaşları qəbul edib09:42Bu rayonlara qaz fasilə ilə veriləcək09:30Atəşkəs rejimi 21 dəfə pozulub09:00KOBİA TDƏŞ-ə üzv ölkələrin müvafiq qurumları ilə əlaqələri genişləndirir22:00Türkiyə bəzi dırnaqarası "müsəlman" ölkələrinin və Qərb dövlətlərinin iddia etdiyi kimi heç də işğalçılıq məqsədləri güdmür21:30Məktəblilər qida təhlükəsizliyi barədə maarifləndirilir21:00Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası Bakıda keçirilir20:15Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Goranboy rayon İcra Hakimiyyətində görüş keçirdilər19:40“Kaspersky Lab” şirkəti Azərbaycanla bağlı geniş təqdimat keçirəcək19:12Bu ilin 9 ayı ərzində ümumilikdə 182 471 sayğac yenisi ilə əvəzlənib18:35Valdaydan sonra, sərt Aşqabad silləsi18:02Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib17:55Səhmdar Cəmiyyət rəhbərliyi vətəndaşları qəbul edəcək17:44Azərbaycan Ordusunda “NATO günləri”nə start verilib.17:21Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib16:40DGK:"Şimal Servis" MMC-nin idxal etdiyi mallara görə həyata keçirilən gömrük əməliyyatlarında qanun pozuntusuna yol verilməyib16:31Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib16:25“Türk Hava Yolları” cari ilin ilk 9 ayı ərzində 56.4 milyon sərnişinə xidmət göstərib16:06Rusiya Azərbaycanlıları İttifaqı: "Zatulinin fikirləri əslində dəhşətli saxtalaşdırma faktının təzahürüdü"16:00Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb15:53Respublikada tütün və şəkər çuğuduru yığımı davam edir15:46Ərdoğan Azərbaycana gəlib15:34Daha 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək15:25Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub15:06Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək14:36“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri14:17Özbəkistan prezidenti Azərbaycana səfərə gəlib13:19Sabah hava necə olacaq?13:00Gömrükçülər külli miqdarda siqaretin ölkəyə keçirilmıəsinin qarşısını alıb12:44Bu ərazilərdə rəngləmə işləri aparılacaq12:35Paytaxt məktəblisi şahmat üzrə dünya çempionu olub12:20AQTA-nın nümayəndə heyəti Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olub12:00Təhsil müəssisələrində öyrədici seminarlar keçirilir11:55Diplomatik korpusun rəhbərləri yarmarkasına gedəcək11:43Azərbaycan komandası Qətər 2019 MOKA Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb11:30Türk Şurasına sədrlik Azərbaycana keçib11:13Bu ərazilərə qaz fasilə ilə veriləcək
BÜTÜN XƏBƏRLƏR
Ekim 2019 (408)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)

«    Nisan 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb

22 Aprel 2019, 12:26   
Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb


Newscenter.az.22.04.2019. 2019-cu ilin əvvəlindən vergi qanunvericiliyində edilmiş dəyişikliklər kiçik sahibkarlıq subyektlərininvergi yükünü aşağı salmaqla yanaşı, onların hesabatlılığında da müəyyən sadələşdirmələrin aparılması ilə müşayiət olundu.Sadələşdirilmiş verginin dərəcəsi 2 dəfəyədək aşağı salındı, bu vergini tətbiq etmək hüququ məhdudlaşdırılmış və gəlir (mənfəət) vergisi rejiminə keçmiş vergi ödəyicilərinə isə güzəştlər tətbiq edildi. Newscenter.az-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, sadələşdirilmiş verginin əhatə dairəsinin dəqiqləşdirilməsi bu verginin mahiyyəti üzrə tətbiq edilməsini, kiçik sahibkarlar arasında uçotun aparılması mədəniyyətinin formalaşdırılmasını şərtləndirdi. Əvvəllər sadələşdirilmiş verginin ödəyicisi olmuş şəxslər uçot sistemini qurduqları halda daha aşağı vergi yükünə nail ola bildilər.

Bəzən əvvəlki vergi rejimi ilə hazırkı vergi rejiminin müqayisəsi verilərkən yanlış şərhlərə yol verilir. Bu cür şərhlərin bəzilərinə aydınlıq gətirmək istərdik. Bunlardan biri -sadələşdirilmiş verginin hazırkı dərəcəsi (2%) ilə gəlir vergisi üzrə dərəcələrin (20% və ya 5%) müqayisə edilməsidir və vergi yükünün artdığı iddia edilir. Bu, vergi rejiminin tətbiqi xüsusiyyətlərindən xəbərdar olmamağın nəticəsidir. 2019-cu ilin 1 yanvar tarixinə qədər sadələşdirilmiş vergi mükəlləfiyyətində olan vergi ödəyicisi heç bir xərc nəzərə alınmadan ümumi hasilatından (dövriyyəsindən) Bakı şəhərində 4% vergi ödəyirdi. Dəyişiklikdən sonra gəlir vergisi mükəlləfiyyətini seçən sahibkar öz xərclərini rəsmiləşdirmək və onları gəlirindən çıxmaqla vergi yükünü aşağı salmaq imkanıəldə edib.Belə ki, sahibkarların böyük əksəriyyətini təşkil edən mikro sahibkarlıq subyektlərinə gəlir vergisindən 75 faizgüzəşt hüququ verilib. Üstəgəl qeyri-neft sektorunun özəlbölməsində sektor əməkhaqqı üzrə 8.000 manatadək gəlirlər vergidən tam azad edildiyinə görə, kiçik sahibkar vergi yükünü əhəmiyyətli şəkildə aşağı salmış olub.

Vergi yükünün necə dəyişməsinə kiçik bir misalda baxmaq olar: Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4 işçisi olan sahibkarın illik gəliri 120.000 manatdır və o, hər işçiyə aylıq 500 manat əməkhaqqı verir. Dəyişiklikdən əvvəlki dövrdə vergi ödəyicisi sadələşdirilmiş vergi mükəlləfiyyətində olub, dəyişiklikdən sonra isə gəlir vergisi mükəlləfiyyətini seçib. Vergi ödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10 faizdir.
Dəyişiklikdən əvvəlki vergi hesablaması aşağıdakı qaydada idi:

- Sadələşdirilmiş vergi: 120.000 (illik gəlir) * 4% (sadələşdirilmiş vergi dərəcəsi) = 4.800,0 manat
- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * (500,0 – 173,0 (yaşayış minimumu))* 14% * 12 ay = 2.197,4 manat
- Cəmi: 4800,0 + 2197,4 = 6997,4 manat

Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydadadır:
- Gəlir vergisi: (120.000(illik gəlir) – 108.000,0 (illik xərc))*20%*25% (mikrosahibkarlara təqdim edilən 75%-lik güzəşt) = 600,0 manat
- Əməkhaqqından tutulan gəlir vergisi:4 işçi * 500,0 * 0% * 12 ay = 0,0 manat
- Cəmi: 600,0 + 0,0 = 600,0 manat

Beləliklə, dəyişiklikdən əvvəl vergi yükü 6.997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 600,0 manat olub ki, bu da nəticədə sahibkarın illik vergi yükünün6.397,4 manat azalması deməkdir.
Diqqət çəkmək istədiyimiz digər bir məsələ vergi və sosialsığorta hesabatlarının təqdim edilməsi ilə bağlıdır. Bəzihallarda hesabatların təqdim edilməsinin mürəkkəbləşdiyi bildirilir. Məlum olduğu kimi, 2019-cu ildən başlayaraq sosial vergi yığımlarının Vergilər Nazirliyi tərəfindən həyata keçirilməsi vergi hesabatlarının təqdim edilməsi prosesində də yeniliklərlə müşayiət olunub.Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin qanunauyğun tənzimlənməsi, əmək haqlarının şəffaflaşdırılması, sosial sığorta ödənişlərinin düzgün, vaxtında toplanılması və bu sahədə inzibatçılığın təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ın və “İşsizlik sığortası üzrə rüblük hesabat"ın yeni formaları, onların tərtib olunması qaydaları təsdiq edilib. 2019-cu il və sonrakı dövrlər üzrə həmin hesabatlarda bəzi dəyişikliklər olunub. Kağız hesabatlarla yanaşı, sosial sığorta üzrə hesabatların elektron şəkildə təqdim edilməsi imkanı yaradılıb. Bu zaman fiziki şəxslər üçün “Asan imza”ya malik olmaq məcburi deyil. Vergi ödəyicisi bəyannamələri elektron şəkildə göndərdiyi kimi, sosial hesabatları da eyni qaydada təqdim edə bilər. Sosial hesabatların hazırlanması sadə elektron qutulardan istifadə qədər asan və rahatdır. İşçisi olmayan sahibkar cəmi 4-5 klikdən istifadə etməklə hesabatı tamamlayaraq təqdim edə bilir. Digər sahibkarlar üçün də bu proses əvvəlkinə nisbətən xeyli asanlaşdırılıb. Vergi və sosial ödəmələr isə elektronlaşdırılıb ki, bu proses də sahibkarın cəmi bir neçə dəqiqəsini ala bilər.Bununla yanaşı, hesabatların optimallaşdırılması və daha da sadələşdirilməsi istiqamətində davamlı tədbirlər görülməkdədir.
Ümumiyyətlə, aparılan təhlillər göstərir ki, vergi orqanlarına təqdim olunan bəyannamələrin və hesabatların böyük əksəriyyəti elektron şəkildə göndərilir. ƏDV ödəyiciləri, o cümlədən orta sahibkarlıq subyektləri üzrə bu göstəricilər 95 faiz üzərindədir. Vergi hesabatlarının təqdim olunması üçün vergi ödəyicilərinə xidmət mərkəzlərinə, əsasən, mikrosahibkarlıq fəaliyyəti ilə məşğul olan ödəyicilər müraciət edirlər. Təəssüf ki, bir çox hallarda ödəyicilər bəyannamə və hesabatları son günə qədər saxlayır və bu, bəyannamələrintəqdimetmə müddətinin sonunda xidmət mərkəzlərində sıxlığa gətirib çıxarır.Vergi bəyannamələrinin və hesabatlarının elektron təqdim edilməsi mürəkkəb proses deyil, Vergilər Nazirliyinin hazırladığı video-təlimatlara baxan hər kəs bunu asanlıqla mənimsəyə bilər. Buna görə də sahibkarlar bu mərkəzlərə getmədən də elektron qaydada hesabatlarını verə bilərlər.

Vergi qanunvericiliyi kiçik sahibkarlar üçün kifayət qədər aydın və rahat şərtlər müəyyən edib. 2019-cu ildən gəlirlərin və xərclərin uçotunu aparan kiçik sahibkarların dividendləri vergilərdən azad edilib, onlara sürətli amortizasiya normaları tətbiq etmək imkanı yaradılıb. Mikro sahibkarlıq subyektləri əmlak vergisindən tam həcmdə azad olunub. Müəyyənləşdirilmiş güzəştlər sistemi kiçik sahibkara daha əlverişli mühitdə çalışmaq, öz gəlirlərini artırmaq və reinvestisiya etmək imkanları yaradıb.
OXŞAR MÖVZULAR