Impera

XƏBƏR LENTİ
08:23Qəsdən adam öldürmələr 13,8 faiz azalıb07:54Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib22:00Prezident İlham Əliyev və Mehriban Əliyeva bədii gimnastika üzrə dünya çempionatının açılış mərasimində iştirak ediblər18:47Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib18:10Qaz sizması necə aşkarlandı?17:55Samuxda heyvandarlıqla məşğul olan fermerlərə təlimlər keçirilib17:26Nazir Ramin Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib17:00Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur - VİDEO16:53KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb16:31Mərkəzi Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-da nüfuzlu “Transplantation Proceedings” jurnalında dərc olunub16:216 rayon üzrə mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək15:55Paytaxtda “manatlıq taksi”lər narazılıqlar yaradır, tədbirlər görüləcək15:31Azərbaycan aşiqi Mariya Suvorovskaya "Üzümlüyün yanındakı ev" adlı yeni kitabını təqdim edəcək14:53Metropolitençilərin birincilərə bayram sürprizi14:33BŞTİ-nin müdiri “Bilik günü” tədbirində iştirak edib14:04Təhsil naziri Qubada məktəb açılışında iştirak edib13:46Dovşançılıq təsərrüfatı yaradılır13:30Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib13:25Tədris ilinin ilk dərsləri keçirilib13:13Sabah hava günəşli olacaq13:09Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb - YENİLƏNİB - VİDEO12:50"Ətraf Mühit və Mən 2" Könüllü Gənclərin Yay Məktəbi layihəsinin iştirakçıları Gürcüstanın Marneuli şəhərində ekoloji aksiyada iştirak edib.12:25Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir12:05“Bilik günü” qeyd olunub11:40AAYDA rəhbərliyi vətəndaşları qəbul edəcək11:30164 mindən çox şagird I sinfə gedir11:13Qəbələdə QHT-lər üçün tədbir keçirilib10:50Prezident İlham Əliyev Binəqədidəki 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib10:32Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövləti övladlarımızın ən yaxşı məktəblərdə gözəl təhsil almaları üçün hər cür şərait yaratmış və yaratmaqda davam edir10:25BNA ilk dərs günü tədbirləri gücləndirib10:00Bu rayonların qaz təchizatı dayandırılır09:40Atəşkəs rejimi 22 dəfə pozulub09:00Bal yarmarkasında AQTİ-nin səyyar laboratoriyaları fəaliyyət göstərəcək07:29Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Şəki-Zaqatala bölgəsində elmi araşdırmalara başlayıb22:26Mehriban Əliyeva Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanış olub22:00Mehriban Əliyeva İsmayıllı rayonuna səfərə gedib21:55Prezident İlham Əliyevin tapşırığı ilə birinci vitse-prezident Şamaxıya səfər edib21:00Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub16:02Millət vəkili Aprel şəhidinin övladlarına məktəbli çantası və dərs ləvazimatları hədiyyə edib-FOTOLAR15:13Dövlət Gömrük Komitəsinin sədri Türkiyə Respublikası ticarət nazirinin müavini ilə görüşüb14:34Donorlar qarşısında hesabatını və hesabını şişirtmə taktikası14:03Məktəblərin ətrafında piyada təhlükəsizliyinin səviyyəsi artırlır13:50AQTA-da ictimai iaşə və heyvan mənşəli məhsullara nəzarət tədbirlərinin gücləndiriləməsi ilə bağlı növbəti iclas keçirilib13:33Cəmil Həsənli özünü Əli Kərimlinin vəkili qismində görür13:00Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilir12:45Narkotik vasitə və psixotrop maddə aşkarlanıb12:30Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçiriləcək12:00Hərbi qulluqçularımız “Saber Junction - 19” təlimində iştirak edir11:05ABŞ ölkəmizə qarşı təzyiqləri artıra bilər10:33Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb10:00Xanımlar daha çox hansı estetik əməliyyata üstünlük verir?09:48İtmiş it 4 il sahiblərinin yolunu gözlədi - FOTO - VİDEO09:30Atəşkəs rejimi 20 dəfə pozulub09:00“Kaspersky Lab” azərbaycanlı uşaqların internet maraqlarını araşdırıb18:51Şərur Sənaye Məhəlləsi yaradılır18:28Bakıda NATO qiymətləndirilməsi təlimi - VİDEO18:05Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 2 milyon manat ayrılıb15:59Yeni kartların alınmasında növbələr müşahidə edilmir15:27Gədəbəydə gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilir15:06AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyasına infotur keçirilib14:54“Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib14:33Mənşəyi məlum olmayan ət və ət məhsullarından istifadə edən restoranın fəaliyyəti məhdudlaşdırıldı14:20Millət vəkili fəxri diplomla təltif olunub14:15Mobil telefonların qeyri-qanuni yolla ölkəyə gətirilməsinin qarşısı alınıb14:00Özbəkistanın bu addımı təqdirəlayiqdir13:46İndoneziya nümayəndə heyəti MOK-da olub13:30Yeni dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejimində çalışacaq13:20BMT QAK Azərbaycanda qaçqın tələbələrin ali təhsil almasına kömək edir13:19AQTA ictimai iaşə müəssisələrinin sahiblərinə xəbərdarlıq etdi13:10Sabah hava necə olacaq?13:00DGK bu il dövlət büdcəsinə 500 mln. manat artıq vəsait köçürəcək12:44Bakı-Sumqayıt, Bakı-Xırdalan istiqamətində hərəkət edən marşrut xətlərində avtobusların sayı artırılacaq12:38İlham Əliyev Bakıda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib12:30Bakıda mağazadan 2000 manat oğurlayan şəxs saxlanılıb12:23Prezident İlham Əliyev Suraxanı rayonunda 208 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub-YENİLƏNİB12:10Bölmə iclasları davam edir11:50Mehriban Əliyevanın fəaliyyətində təhsilin inkişafına dair proqramların icrası mühüm yer tutur.11:15Nazir və nazir müavinləri vətəndaşları qəbul edəcək10:50Bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədi ilə svetoforlarda "yaşıl dalğa" tətbiq ediləcək10:29Azərbaycan 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnikanı döyüş hazırlığı vəziyyətinə gətirdi10:15Dövlət Miqrasiya Xidmətində təlim keçirilib10:00Bu rayonların qaz təchizatında fasilə olacaq09:47Azərbaycanda mentorların hazırlanmasına başlanıldı09:20Düşmən sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub09:10Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yeni hərəkət cədvəlinə keçəcək09:00Bir neçə kiçik müəssisənin qaz təchizati dayandırılıb08:42Yeni dərs ili ilə əlaqədar dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub18:59Zakir Həsənov “TurAz Qartalı - 2019” təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb - VİDEO18:38Aqrar Xidmətlər Agentliyində toxumçuluğa həsr edilmiş tədbir keçirilib18:13Azərbaycan Fransaya nota verib18:04Əhaliyə ölü heyvan əti satan mütəşəkkil dəstə saxlanılıb18:00Hansı arıçılar bal yarmarkasında iştirak edə bilər?-QAYDALAR17:47Prezident 2 milyon manat ayırdı16:44Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi BTİ-nin sertifikatına və gümüş medala layiq görüldü16:00Yetər ki, hər bir siyasi partiya "iqtidar-müxalifət dialoqları" olmadan da cəmiyyətimiz üçün faydalı işlər görsün15:33Mikro və kiçik sahibkarların əl işləri sərgidə nümayiş olunur15:20Yararsız məhsullar yandırılaraq məhv edilib14:55İşğal olunmuş ərazilərə humanitar və qeyri-səfərlər təşkil edən ölkələrə qarşı rəsmi Bakı prinsipial olmalıdır14:40Miqrasiya Xidmətindən yeni layihə14:34“Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursu başa çatır
BÜTÜN XƏBƏRLƏR
Eylül 2019 (360)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)

«    Nisan 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü

23 Aprel 2019, 12:55   
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü


Newscenter.az.23.04.2019. 25 il tarixi nöqteyi-nəzərdən dövlət qurmaq üçün çox qısa bir dövrdür. Geosiyasi və daxili proseslər sabit məcrada cərəyan edirsə, milli dövlətin formalaşması üçün bu müddət yetərli hesab oluna bilər, lakin onun inkişafı daha çox zaman və güc tələb edir. Əgər hər hansı bir xalq cəmi 25 ilə, olduqca gərgin beynəlxalq və regional şəraitdə sabit və milli birliyə söykənən vətəndaş birliyi yarada bilibsə, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilən və qlobal proseslərdə öz sözünü deməyi bacaran müstəqil bir dövlət qurmağı bacarıbsa, o xalq və həmin xalqı təmsil edən iqtidar, həqiqətən də, böyük alqışa layiqdir.

İndi heç kim üçün sirr deyil ki, Azərbaycandakı bugünkü iqtidar xalqa söykənərək özünü tam təmin edən, milli iradəsinə söykənən, dayanıqlı və günü-gündən inkişaf edən bir dövlət qurub. Bu mənada, biz Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin idarəçiliyi dövründə bütün mümkün yüksəklikləri fəth edən Azərbaycanımızı təkcə Vətənimiz olduğuna görə deyil, həm də, sözün əsl mənasında, qüdrətli olduğuna görə sevirik.

Bizim gücümüz təkcə enerji resurslarında, əlverişli coğrafiyada deyil, həm də bütün bunları real gücə çevirən Prezident İlham Əliyevin düzgün, milli maraqlara uyğun, prinsipial və ardıcıl siyasətindədir. Bunu görmək və başa düşmək üçün təbii sərvətlərlə zəngin olub öz gələcəyini qura bilməyən bir sıra ölkələrin nümunəsinə nəzər salmaq kifayətdir. Buna görə də istər daxildə, istərsə də xaricdə bəzi şəxslər və təşkilatlar tərəfindən Azərbaycana və mövcud hakimiyyətə qarşı irəli sürülən ittihamlar hədəfsiz olur, səmimi səslənmir və təbii ki, ictimaiyyət tərəfdən də qəbul olunmur.

Axı onlar iqtidarı nəyə görə tənqid edirlər? Məsələn, AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində iddia edir ki, bu günlərdə Bakıda növbəti dəfə start götürəcək Formula 1 yarışları “zülmdür”, kimlərinsə pul qazanması, hakimiyyətin təbliği üçün vasitədir. Sən demə, dünyada idman yarışları sırasında populyarlığına görə üçüncü sırada yerləşən Formula 1 səbəbindən avtomobillərin şəhərin mərkəzində hərəkətinin məhdudlaşdırılması insanların “əsəbini tarıma çəkir”.

Təbii ki, bu özünü siyasətçi adlandıran, partiya rəhbəri hesab edən birisinə yaraşmayan, olduqca qərəzli yanaşmadır. Çox təəssüf ki, bəziləri müxalifətçilik missiyasının əsl mahiyyətini başa düşmür və anlamırlar ki, cəmiyyətdəki prosesləri, hadisələri yaxından izləmək imkanına malik və siyasi cəhətdən kifayət qədər yetkin olan vətəndaşlarımız davamlı şəkildə bədbinlik aşılayan, hər şeyi qara rəngdə, öz siyasi maraqlarına uyğun təsvir edən insanların səmimiyyətinə inanmır.

Formula 1 onlarla ölkədə nümayiş etdirilir, bütün dünyada 500 milyonluq izləyici auditoriyasına malikdir. Deməli, yarım milyard insan Bakı şəhərinin müasir görünüşünü seyr edir, paytaxtımızla vizual tanış olur. Təbii ki, ildən-ilə ölkəmizə gələn turistlərin sayının artmasında bu yarışmanın böyük payı vardır. Bundan başqa, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində 113 daimi işçi çalışır, yarışlar yaxınlaşdıqca işə cəlb olunanların sayı artır və təxminən min nəfəri ötür. Əminəm ki, yüksək əmək haqqı alan mindən artıq insan, onların ailə üzvləri heç də Əli Kərimlinin bədbin iddialarını bölüşmürlər.

Eləcə də yarışmanı maraqla izləyən on minlərlə vətəndaşımız da bu idman bayramından böyük zövq alır və heç də müvəqqəti tıxac haqqında düşünmür. Statistika göstərir ki, 2018-ci ildə Formula 1 Azərbaycan Qran Prisində ümumilikdə 94 min tamaşaçı iştirak edib. Müxalifətin əsəbi gərginliyini və bu qədər sərt reaksiyasını başa düşmək olar: bu rəqəm “Məhsul” stadionuna toplaşanların sayından ən azı 30 dəfə çoxdur.

Formula 1 Azərbaycan Qran Prisi könüllülük hərəkatının inkişafına mühüm töhfə verir, gənclərimzin daxili potensialının açılması, onların öz bacarıqlarını nümayiş etdirməsi üçün əlverişli şərait yaradır. Yenə də statistikaya əsasən, 2016-cı ildə bu yarışlara 5 min, sonrakı illərdə isə 3 min könüllü cəlb edilib. Sevindirici haldır ki, gənclərimiz könüllülük hərəkatına böyük həvəslə qoşulur və ötən 4 il ərzində könüllü olmaq üçün müraciət edənlərin sayı 50 min nəfəri ötüb.

Onu da qeyd etmək istərdim ki, ildən-ilə Formula 1-i izləmək üçün ölkəmizə gələn xarici turistlərin, avtomobilsevərlərin sayında da ciddi artım müşahidə olunur. Builki yarışmanı izləmək üçün 78 ölkədən avtoidman həvəskarı Azərbaycana təşrif buyurub. Lakin bu, nisbi göstəricidir. Qeyd etdiyimiz kimi, bütün dünyaya nümayiş etdirilən Qran Prinin milyonlarla izləyicisi Bakının gözəlliyini seyr edir və onların bir qismi növbəti illərdə ölkəmizə turist kimi səfər edirlər.

2016-cı ildə ilk Formula 1-in şərtləri açıqlananda müxalifət bu yarışmanın təşkilinə 50 milyon dollar sərf olunacağını ciddi tənqid etdi. Dərhal riyazi hesablamalar aparıldı: bu pula neçə qaçqının güzəranını yaxşılaşdırmaq, neçə müəllimin maaşını artırmaq, neçə aztəminatlı ailəyə əlavə yardım vermək olar və s. Təbii ki, istənilən siyasi qüvvə, siyasətçi xalqın güzəranı, ayrı-ayrı təbəqələrin ehtiyaclarının daha yaxşı ödənilməsinin yollarını axtarmalı və bu məsələdə öz mövqeyini bildirməlidir. Lakin öz siyasi maraqlarına uyğun yox, obyektiv, qərəzsiz, olduğu kimi.

“PricewaterhouseCoopers” (Pwc) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilmiş ilk iki Formula 1 yarışı ölkə iqtisadiyyatına ümumilikdə 277.3 milyon dollar gəlir gətirib. Yəni yarışların iki ilinə yatırılan 100 milyon dollar iki dəfədən çox qazanc verib. O da bəllidir ki, əsas xərcləri-müvafıq avadanlıqlar alınması, bu və ya digər infrastruktur qurğuların quraşdırılması yarışın ilk ili həyata keçirilir, sonrakı illər xərclər get-gedə azalır. Demək, bu və növbəti illərdə qalan qazanc daha da çox olacaq.

Formula 1 həm də dövlətin nüfuzunun, prestijinin göstəricisi, qürur mənbəyidir. Dünyada bu miqyasda tədbirlərə ev sahibliyi edə biləcək dövlətlərin sayı heç də çox deyil. Bunun üçün lazımi infrastruktura, çevik qərarlar qəbul edib həyata keçirmək əzminə, təhlükəsizliyi təmin etmək qüdrətinə malik olmaq gərəkdir. Azərbaycan isə ard-arda Avropa oyunlarının keçirildiyi ilk ölkə olmaqla, IV İslam Həmrəyliyi Oyunlarına, çoxsaylı müxtəlif idman növləri ilə bağlı beynəlxalq yarışlara ev sahibliyi etməklə kifayət qədər böyük kütləvi tədbirləri təşkil etməyə, təhlükəsiz şəraitdə keçirməyə hazır olduğunu nümayiş etdirib.

Formula 1 yarışının rəhbərliyindəki dəyişikliklər zamanı aparılmış təhlillər də göstərdi ki, Azərbaycan paytaxtı bu yarışların keçirilməsi üçün ən münasib məkanlardan biridir. Beləliklə, sadaladığımız faktlar da göstərir ki, Formula 1 Azərbaycanın dünyada təbliği, insanların işlə təmin olunması, gənclərin ictimai faydalı fəaliyyətə cəlb edilməsi, ölkəyə turist axınının güclənməsi, ən əsası isə, ölkənin iqtisadi mənafeyi baxımından olduqca faydalı tədbirdir. Buna görə də istər hakimiyyət, istərsə də bütövlükdə cəmiyyət tıxaca allergiyası olan bir-iki siyasi cığalın iddialarını qəbul etmir və etməyəcək də.

Hamınızı bu gözəl idman yarışını seyr etməyə dəvət edirəm.

Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi
OXŞAR MÖVZULAR