Impera

XƏBƏR LENTİ
12:06#NANOCELL – LG təkmilləşdirilmiş LCD televizorunu təqdim edir11:47Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək11:30Avropa İttifaqı ilə Avrasiya arasındakı aviasiya məlumatları Bakıdakı serverlərdə saxlanılacaq11:03“Religious Tourism Destinations in Azerbaijan” adlı kitab işıq üzü görüb10:41Sərnişin avtobusu qəzaya uğrayıb10:37Payız tətili müddətində məktəblilərin ekskursiyaları təşkil edilib10:30Yağışlı hava ilə əlaqədar yollarda sürət həddi endirildi10:08Gizlilik qaydalarını pozan tətbiq “Google Play store” və “App store”dan silinib10:00Ağdamı hədəfə alan "Barret M82-A1" silahı və Livandan gətirilən "Şuşanik" snayer qrupu-ŞOK FAKTLAR09:30Atəşkəs rejimi 22 dəfə pozulub08:52Amerikasayağı "ikili standart"lar08:27Qazaxıstan prezidenti Beynəlxaıq Türk Akademiyasının fəaliyyətini təıqdir edib21:57Van Damm Azərbaycana niyə təşəkkür etdi?20:29Şəki və Qaxın yararsız ərazilərində fındıq bağları salınır19:32Pambıq qəbulu məntəqələrinə 288 min tona yaxın məhsul təhvil verilib18:27Birinci vitse-prezident Mehriban xanım Əliyeva Rusiyada rəsmi səfərdədir18:17Prezident bu şəxsləri tıltif etdi-SİYAHI17:30Nazirin vətəndaşları qəbul vaxtı dəyişdi17:00Azərbaycanın Ukraynadakı səfiri nəsimişünas Pavlo Movçanı ziyarət edib16:37Azərbaycanın İqtisadiyyat naziri MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib15:56Prezident bu rayona 6 milyon manat ayırdı15:45Sahibkarlar öz təcrübələrini bölüşüb15:18İqtisadiyyat nazirinin müavini Göyçayda vətəndaşları qəbul edəcək15:07Vətəndaşların 77.5 faizinin ölkə prezidentinə inam və etimadı yüksəkdir-VIDEO15:00AQTA əməkdaşları həbs edilib?14:55Energetika naziri Pərviz Şahbazov ABŞ-a səfər edib14:45Mehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcək14:33Qubanın altı kəndinə qaz verilib14:19Şagirdlər yaşadıqları ərazini araşdıracaq14:07Saleh Məmmədov vətəndaşları qəbul edib13:50Prezident iki rayona yeni icra başçıları təyin etdi13:39Sabah sulu qar, qar yağacaq, güclü külək əsəcək13:25Dövlət Toxum Fondunun tabeliyində olan zavodlarda 5000 ton toxum emal olunub13:12Balakəndə narkotacir saxlanılıb13:00Ramil Usubov Moskvada Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edib12:48Uşaq hüquqları sahəsində innovativ proqramlar reallaşdırılacaq12:358-ci km bazarında mənşəyi məlum olmayan ət aşkarlandı12:15Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşləri keçirilib11:43“Azərsu” rəhbərliyi vətəndaşları qəbul edib11:30Təhsil müəssisələrində yeni müsabiqə keçiriləcək11:15“XXI əsr: ailə, qadın və uşaqlarla əlaqəli psixoloji problemlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək11:09Yeni Azərbaycan Partiyasının tarixi kimi bu günü də parlaq və qürurvericidir10:56Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüşüb10:34Almaniyada saxlanılan mühacir azərbaycanlılarla bağlı qərar açıqlandı-ŞOK DETALLAR10:05İsmayıllı rayonunda uzunluğu 15 km olan 2 yol layihəsinin icrası yekunlaşıb09:55SOCAR və Equinor “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşırlar09:20Atəşkəs rejimi 23 dəfə pozulub09:00CNG sistemləri üçün yeni qaz xətti çəkilib08:37Azərbaycan həqiqətləri dünyaya daha yaxından nümayiş etdirildi08:20Nizami rayonunda qazanxananın qazla daimi təchizatı həll edilir08:00Qarakənd faciəsindən 28 il ötür19:12Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib18:43Gündüz İsmayılov: “Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib”18:26Rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib18:01Komitə sədri vətəndaşları qəbul edib17:44Son iki ildə ölkədən tranzit keçməklə Avropaya aparılan 2 tona yaxın narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb17:30Azərbaycan şərabları Beynəlxalq Şərab Sərgisində nümayiş etdiriləcək17:20Dövlət Gömrük Komitəsinin sədri BP şirkətinin nümayəndə heyəti ilə görüşüb17:10Qida məhsullarında antibiotik təhlükəsi16:48Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ16:40Prezident Avtomobil Yolları Dövlət Agentliyinə 5 milyon manat ayırdı16:31Zaqatalada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə olunub16:15Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib16:09Novruz Məmmədov yeni vəzifəyə təyin olunub15:55Bakı-Şamaxı-Yevlax avtomobil yolunda çat yaranıb15:45Paytaxt məktəbliləri beynəlxalq yarışlardan qalibiyyətlə qayıdıblar15:30Quşçuluqda innovativ yanaşma mövzusunda elmi-praktik seminar keçirilib15:13Qətərin Ermənistan sevgisi nədən irəli gəlir?15:05Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparılır14:49Miqrasiya Könüllüsü İctimai Birliyi ilə Azərbaycan Tibb Universiteti arasında anlaşma memorandumu imzalanıb14:37Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub14:20Azərbaycanda 3 milyon dolları təyinatı üzrə istifadə etməyən vəzifəli şəxs ifşa edilib13:50Prezident sakinlərlə söhbət edib, onlarla selfi çəkdirib13:35Həbsdən çıxan müxalifətçi özü mindən artıq Azərbaycan məhkəməsinin qərarlarını pozub13:16Sabah hava yağışlı olacaq12:54Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri işdən çıxarılıb12:47Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişikliyi olub12:39“Dayanıqlı inkişaf məqsədləri (DİM) və Biznes mühiti” mövzusunda konfrans keçiriləcək12:19Azərbaycan tədricən köhnə kartof idxal etməyəcək12:16Bakı birinciliyi uğrunda mübarizə davam edir11:50Fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilir11:40Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib11:36Prezident “28 May” stansiyasının qarşısında sakinlərlə görüşdü11:25Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq11:13Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb11:00Kənd Təsərrüfatı Nazirliyi Göygöldə heyvandarlıq kompleksinin tikintisinə 13 milyon manat xərcləyəcək10:43Eyni mənzildən 3 dəfə oğurluq edildi10:31“Məktəb seminarları” başa çatıb10:11Şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədi ilə monitorinqlərə başlanılıb09:34Türkiyə mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı09:10Düşmən snayperlərdən mövqelərimizi atəşə tutub23:15Bakı-Sabunçu istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılacaq23:02İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb22:29Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək19:30Sumqayıt səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb-VIDEO18:31Bu həftə 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək17:20Tovuzda “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib16:50Prezident İlham Əliyev: "Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir"16:36Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə olunub16:20Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib
BÜTÜN XƏBƏRLƏR
Kasım 2019 (427)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)

«    Nisan 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İcra başçısının MTN-dən çıxarılan oğlu balıq biznesinə başlayıb-FOTOLAR

23 Aprel 2019, 11:54   
İcra başçısının MTN-dən çıxarılan oğlu balıq biznesinə başlayıb-FOTOLAR


Newscenter.az.23.04.2019. Alimpaşa Məmmədovun “Azərforel” fermasına görə kəndlər Dəryaçayın xəstəlik saçan çirkli suyunu içməyə məhkum olub; icra başçının MTN-dən işdən çıxarılan oğlu atasının biznesinin başına keçib və…


Şəmkirdə olarkən apardığımız araşdırmalar zamanı artıq o yerə gəlib çıxdıq ki, şəhərdə “zibilin içində” olan təkcə prokurorluq əməkdaşlarının həbs etdiyi keçmiş “JEK” rəisi Teymur Hacıyev deyilmiş.

Sən demə, icra başçısı Alimpaşa Məmmədovun əməllərinin yanında T.Hacıyev “toya getməli” imiş.

Həmsöhbət olduğumuz sakinlər bizə elə faktlar açıqladılar ki, Şəmkirin bu günə düşməsinin səbəbi, “cümlə xəyanətlərə bais” şəxsin kimliyi aydın oldu – icra başçısı…

“Yeni Müsavat”a danışan sakinlərin sözlərinə görə, icra başçısını kabinetində tapmaq olmur. Onlar iddia edirlər ki, Alimpaşa Məmmədovun günü özünə aid qızıl balıq fermasında keçir.

Şəmkirlilər deyirlər ki, icra başçısının forel balığı təsərrüfatı ətraf kəndlərə ciddi ziyan vurur.

Çünki balıq təsərrüfatının ucbatından Seyfəli, Abbaslı kəndlərinin camaatı Dəryaçayın natəmiz, çirkli, balıqların ifrazatının qarışdığı sudan içməli olur. Elə biz də bu məqsədlə Seyfəliyə yollanıb A.Məmmədovun balıq biznesini araşdırmağa qərar verdik.
İcra başçısının MTN-dən çıxarılan oğlu balıq biznesinə başlayıb-FOTOLAR

Kənddə olarkən öyrəndik ki, Dəryaçay ətrafındakı yaşayış massivlərində uşaqdan böyüyə hər kəs icra başçısının “Azərforel” ferması haqda məlumatlıdır. Kimdən soruşursan, deyir ki, “hə, müəllimin ferması o tərəfdədir”. Amma başçı özünün fermasına asfalt yol çəkdirib, yola şlaqbaum qoydurub.

Alimpaşa Məmmədov Şəmkiri Dəryaçaydan idarə edir. Oradakı əhalinin içməli su anbarını özünün balıqçılıq fermasına çevirib. Su anbarında qızıl balıq cinsindən olan forel balığı bəslənir.

“Azforel” balıqçılıq şirkətinin yetişdirdiyi balıqlara verilən kimyəvi tərkibli yem suya qarışır, balıqların təbii ehtiyacları da axarla Aşağı Seyfəli və digər kəndlərə çatır.

Sakinlər balıq tullantıları və kimyəvi qarışıqlı su içmək məcburiyyətində qalırlar. Həmin kəndlərin sakinlərinin etirazlarını da Alimpaşa Məmmədov eşitmir. Seyfəli kənd sakinləri deyirlər ki, icra başçısı rəsmən onları zəhərləməklə məşğuldur: “Bir neçə dəfə icra nümayəndəsinə demişik, başçıya məktub yazmışıq, bizi sayan olmayıb. Kimin nəyinə lazımdır? Fikirləşirlər ki, cəhənnəmə camaat zəhərli su içsin, əsas Alimpaşa müəllimin balıqdan qazancıdır. Gözləyirlər ki, uşaqlarımız bu sudan bir gün xəstəlik tapsın, kimsə zəhərlənsin, ya dəri-zöhrəvi xəstəliyi yayılsın, onda əncam çəksinlər. Axı bizim başqa içməli su mənbəyimiz yoxdur. Niyə bunu nəzərə almırlar?”

Kənd camaatı danışır ki, yolu bağlayıb etiraz etmək, problemi prezidentə çatdırmaq istəyirlər. Onlar sabiq başçı Nazim Veyisova şükür edirlər. Onun dövründə belə özbaşınalıqlar olmayıb, əhalinin dərd-səri dinlənilib. A.Məmmədov isə sakinləri yaxına buraxmır.

“Alimpaşa müəllimi kabinetində, icra hakimiyyətində tapmaq qəliz məsələdir. Onu ya Seyfəli kəndinin kənarındakı Dəryaçayda özünün ”Azərforel” adlandırdığı balıqçılıq təsərrüfatında görərsən, orada da olmursa, Şəmkirdən Gədəbəyə gedən yolun üstündə, Qaraboyludakı maralçılıq fermasında taparsan. Bilmirik ki, onu Şəmkirə icra başçısı təyin ediblər, yoxsa baş fermer…”, – deyə sakinlərdən biri şikayətlənir.
İcra başçısının MTN-dən çıxarılan oğlu balıq biznesinə başlayıb-FOTOLAR

Onun sözlərinə görə, ferma formal olaraq başçının oğlu Adil Məmmədovun adınadır: “Bunu Şəmkirdə bilməyən yoxdur. Alimpaşa Məmmədov Şəmkirə başçı gələndən sonra burada özünə nəhəng biznes qurdu, mal-mülk yaratdı. Onun oğlu həmin günlərdə MTN-də işləyirdi, indi işdən çıxıb, gəlib oturub Şəmkirdə, fermaya nəzarət edir. Danışanda da deyir ki, oğlum biznesmendir. Özününsə günü elə Dəryaçayda keçir”.

Sakinlər onu da bildirirlər ki, Şəmkir şefi təkcə qızıl balıq biznesi ilə qane olmur. Deyildiyi kimi, Qaraboyluda maral ferması da var. Bu təsərrüfat, deyilənə görə, 5 ilə əvvəl yaradılıb, artıq 70 maral saxlayır.

İddialara görə, maral fermasının saxlanılmasına idarə və təşkilatlardan, bələdiyyələrdən xərac toplanıb. Bu vəsaitlər hesabına Şəmkir paşasının maralları yemdən yeyib kökəlir, balalayır, artır. Beləcə maral sürüsü əmələ gəlir.

Sakinlər deyirlər ki, dərd bir deyil, beş deyil, hansını söyləyəsən… Belə ki, Şəmkir kimi heyvandarlıq imkanları olan bir bölgədə örüş sahələri yoxa çıxıb. Camaat danışır ki, sovet dövründə Şəmkirin Ceyrançöl ərazisində geniş örüş sahələri olub. İndi örüş sahələri qalmayıb. Çünki icra başçısı bu torpaqlara da əl qoyub.

Sakinlər iddia edirlər ki, A.Məmmədov forel və maral fermaları ilə məhdudlaşmayıb, Ceyrançöldəki örüş sahələrini özəlləşdirib, dövlətdən kənd təsərrüfatının inkişafı üçün subsidiyalar alıb, taxıl əkdirir. Hərçənd ki, yararsız torpaq olan bu ərazilər örüş üçün nəzərdə tutulub, ona görə taxıl heç düz-əməlli yetişmir.

İntəhası, A.Məmmədov dövlətin pulunu subsidiya şəklində alaraq taxıl biznesində batırır. Əvəzində isə əsl əkin-biçin sahələri su üzünə həsrət qalıb. Sakinlər şikayətlənirlər ki, örüş sahələri fermerlərə qaytarılmalıdır.

“Ceyrançöldə mal-heyvan otarmağa yer tapmırıq. Paşamız imkan vermir ki, heyvanları gətirək. Axı bu torpaqlar taxıl əkmək üçün deyil. Bunu izah edən yoxdur, bizim sözümüzü də eşitmirlər”, – deyə fermerlər gileylənirlər.

Fermerlərin örüş sahəsi, Seyfəli kəndinin içməli su problemi kimi Şəmkirin mərkəzinin də təmizlik dərdi bitmək bilmir. Ötən reportajda şəhərin başdan-başa zibillik içində “üzdüyünü” yazmışdıq. Həmçinin mərkəzi küçələrin bu günə düşməsinin əsl səbəbinə toxunmuşduq.

Məlum olmuşdu ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəisi Teymur Hacıyevin fəhlələrin maaş kartını mənimsəməsi, “ölü can”lar saxlaması ucbatından küçələrdə antisanitariyadır.

Prokurorluğun, keçirdiyi əməliyyat zamanı saxlanıb, sonra azad edilən T.Hacıyev işdən çıxarılıb.

Əldə etdiyimiz xəbərə görə, keçmiş “JEK” müdiri ötən reportajımızı oxuyub və çevrəsində qeyri-rəsmi şəkildə bildirib ki, onu heç kəs həbs edə bilməz: “Bunun üçün gərək icra başçısını da tutsunlar. Mən bilirəm kimin yanında nə demək lazımdır…”

A.Məmmədovun isə onun yerinə təzə təyin etdiyi rəis Pərviz İbrahimovdur. Sakinlər deyirlər ki, P.İbrahimovun bu sahədən anlayışı yoxdur və hələ də küçələr zibillik içindədir…

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
OXŞAR MÖVZULAR