Dəm qazı daha bir can aldı
Tarix: 25-04-2019, 07:12
Newscenter.az.25.04.2019. Bakıda gənc oğlan dəm qazından boğulub ölüb.
"Report"un məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində baş verib.
Həmin ünvanda yaşayan, 1995-ci il təvəllüdlü Mahmudov Sərraf Gülağa oğlu qaz sızması nəticəsində dəm qazından boğulub ölüb.
Mərhumun yaxınlarının sözlərinə görə, gənc həmin vaxt evdə tək olub.
Digər xəbərlər
You can go to our website by clicking here if you want to know more













































