Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu yollarda hərəkət məhdudlaşdırılır

Bu yollarda hərəkət məhdudlaşdırılır


Newscenter.az.26.04.2019
. Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 26-dan 27-nə keçən gecədən etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin General Səmədbəy Mehmandarov prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Bu barədə məlumat Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub.

Bildirilib ki, avtonəqliyyat vasitələrinin hərəkəti Yavər Əliyev küçəsindən Leyla Məmmədbəyova küçəsinə yönəldilməklə təmin olunacaq.
Xəbəri paylaş