Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimal rayonlarında Rusiya tərəfindən kütləvi pasport paylanması halları var?

Şimal rayonlarında Rusiya tərəfindən kütləvi pasport paylanması halları var?


Newscenter.az.26.04.2019. "Rusiya Federasiyası Ukraynanın yeni prezidenti Zelenskidən birinci bəyanatı eşidən kimi, aqressiv anneksiyanı Donbasda davam etdirəcəyini nümayiş etdirir. Ukraynada hibrid müharibə aparan Şimal qonşumuz, dərhal Luqansk və Donetsk vilayətlərində rus pasportlarının dağıdılmasına, prosedurların sadələşdirilməsinə start verib. Bu o deməkdir ki, gələcəkdə antiterror əməliyyatları zamanı, Rusiya öz vətəndaşlarının qorunması bəhanəsi ilə Ukraynaya qoşun yeritmək haqqı əldə edəcək".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev çıxış edib. O, bildirib ki, bizim Şimal rayonlarında da kütləvi pasport paylanması halları vardır:
Şimal rayonlarında Rusiya tərəfindən kütləvi pasport paylanması halları var?

"Rusiya Federasiyası Azərbaycan əsilli miqrantlar üçün vətəndaşlıq əldə edilməsini xeyli əvvəl asanlaşdırıb. Rusiya ali təhsil müəssisələrində oxumaq üçün federal büdcədən azərbaycanlılara vəsait xərclənir. Rusiya universitetlərinin klonları Bakıda göbələk kimi artır. 5-ci kolonun təşkilatçılığı ilə rus bölmələrinin orta məktəblərdə "çiçəklənməsi", Qarabağ işğalından daha təhlükəlidir".

VİP sədri deyib ki, buna müasir dünyada hibrid, yəni çoxcəhətli müharibə deyilir:

"İnsanlarımız fərqində deyil, amma orta məktəbdə rus bölmələri erməni təcavüzündən qat-qat təhlükəlidir. Yeri gəlmişkən, seçki imtahanından başı dik çıxmış Ukrayna dünən Radada ilk növbədə dövlət dilinin mühafizəsi ilə bağlı qərarlar qəbul edib. Sağ əlləri eyforiyaya uymuş biz azərbaycanlıların başına, bəlkə qəflətdən oyanaq".

X X X

Yeniavaz.com-a Milli Məclisin Qusardan seçilmiş deputatı Azər Badamov isə bildirib ki, tamamilə əsassız iddiadır, çünki şimal bölgəsində yaşayan Azərbaycan vətəndaşları bu ölkənin vətəndaşı olduqlarına görə fəxr edirlər, qürur duyurlar:

Onun sözlərinə görə, Rusiyanın Azərbaycana dair bu cür planlarını yerinə yetirməsi ilə bağlı yayılan hər bir məlumat əsassızdır:
Şimal rayonlarında Rusiya tərəfindən kütləvi pasport paylanması halları var?

"Hazırda iki ölkə arasında böyük dostluq, əməkdaşlıq münasibətləri mövcuddur və bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir. İki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun bu yaxınlarda Azərbaycana etdiyi səfər, qarşıqlı mədəniyyət günlərinin keçirilməsi bunu bir daha göstərdi və biruzə verdi. Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, bütün maraqlarına böyük hörmətlə yanaşır. Burada Azərbaycanın imicinə, onun inkişafına, siyasətinə təsir göstərə biləcək hər hansı bir addımdan söhbət gedə bilməz".

A. Badamov diqqətə çatdırıb ki, Azərbaycanın şimal bölgəsində yaşayan insanlara Rusiya pasportunun verilməsi ilə bağlı fikirlər tam yanlışdır, əsassızdır:

"Bu, Azərbaycanın inkişafını istəməyən, ölkədə sabitliyi pozmaq istəyən qüvvələrin ortaya qoyduğu məhsuldur. Tamamilə əsassız iddiadır, çünki şimal bölgəsində yaşayan Azərbaycan vətəndaşları bu ölkənin vətəndaşı olduqlarına görə fəxr edirlər, qürur duyurlar. Azərbaycan vətəndaşlığından çıxaraq hər hansı bir xarici ölkə vətəndaşlığını qəbul etmək niyyətində deyillər. Çünki bu gözəl ölkədə yaradılmış bütün şəraitdən geniş şəkildə yararlanırlar. Hamı da dövlətdən və dövlət başçısından məmnundur. İndiki dövrdə sözügedən sözün, ifadənin ortaya atılması ümumiyyətlə bugünkü gündəmə yaddır".

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayanın şərqindəki separatçı "DNR" və "LNR"in ayrı-ayrı rayonlarının sakinlərinə Rusiya pasportunun verilməsinin sadələşdirilmiş qaydalarını nəzərdə tutan fərman imzalayıb. Rusiya eyni addımı separatçı Abxaziya və Cənubi Osetiyada "respublikalarında" da atıb.
Xəbəri paylaş