Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Generalların xatirəsi yad edilib

 Generalların xatirəsi yad edilib


Newscenter.az.29.04.2019. Hərbi Dəniz Qüvvələrində 1918-1920-ci illərdə Azərbaycan Ordusunun ilk nizami hissələrinin yaranmasında əvəzsiz xidmətləri olmuş generallarımızın xatirəsinə həsr olunmuş tədbir keçirilib. Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə çıxış edənlər unudulmaz sərkərdələrimiz Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Məmmədbəy Sulkeviçin keçdiyi döyüş yolundan və Azərbaycan Ordusunun ilk nizami hissələrinin yaradılmasında göstərdikləri fədakarlıqdan danışıblar.

Sonra tədbir iştirakçılarına generallarımızın xidmətlərindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbir Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin vətənpərvərlik mövzusunda təqdim etdiyi konsert proqramı ilə başa çatıb.
Xəbəri paylaş