Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt məktəblisi beynəlxalq yarışın qızıl medalçısı olub

Paytaxt məktəblisi beynəlxalq yarışın qızıl medalçısı olub


Newscenter.az.29.04.2019. Paytaxt məktəblisi Rumıniyada keçirilən beynəlxalq yarışda ölkəmizi uğurla təmsil edib. Newscenter.az xəbər verir ki, 18 nömrəli tam orta məktəbin XI sinif şagirdi Faiq Məmmədzadə Rumıniyada keçirilən beynəlxalq robotexnika yarışında I yeri tutub və qızıl medala layiq görülüb.
Beynəlxalq yarışda 276 nömrəli tam orta məktəbin VII sinif şagirdi Sübhan Seyfullayev II yeri tutub və gümüş medalın sahibi olub.

Qeyd edək ki, yarışda ümumilikdə, 36 ölkə üzrə 785 iştirakçı 347 layihə ilə qalibiyyət uğrunda mübarizə aparıb.
Onu da qeyd edək ki, beynəlxalq yarışda I yeri tutan iştirakçılar arasında digər azərbaycanlı məktəblilər də var. Azərbaycanı təmsil edən məktəblilər yarışda 3 qızıl, 1 gümüş medal qazanıblar.
R.Mehdiyeva
Xəbəri paylaş