Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA əməkşdaşları ölkə üzrə fitosanitar müşahidələri həyata keçirir

 AQTA əməkşdaşları ölkə üzrə fitosanitar müşahidələri həyata keçirir


Newscenter.az.30.04.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədi ilə fitosanitar müşahidələr aparılır. Agentlikdən Newscenter.az-a bildirilib ki, müşahidələr respublikanın bütün rayonlarını əhatə etməklə (işğal altında olan torpaqlar istisna olmaqla) yaşıllıqlarda, bağlarda, əkin və həyətyanı sahələrdə, parklarda, turizm mərkəzlərində yol kənarlarında və s. yerlərdə aparılır.

Hazırda Agentliyin fitosanitar müfəttişlərinin apardığı müşahidələrə əsasən respublika ərazisində mövcud bitki xəstəlikləri, alaq otları, nematodlar, həşəratlar və digər zərərli orqanizmlər barədə müəyyən məlumatlar toplanılıb, zərərli orqanizmlərin artaraq, yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülür.

Zərərli orqanizmlərin aktiv fəaliyyət dövrünə tam keçmədiyini nəzərə alaraq daha dəqiq və dolğun məlumatların toplanılması üçün il ərzində mütəmadi olaraq müşahidələrin aparılması davam etdiriləcək. Toplanılmış məlumatlar əsasında respublikanın ümumi fitosanitar vəziyyəti müəyyən ediləcə
Orxan
Xəbəri paylaş