Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan XII Beynəlxalq Tələbə Görüşündə təmsil olundu

Azərbaycan XII Beynəlxalq Tələbə Görüşündə təmsil olundu


Newscenter.az.30.04.2019. İstanbulda Beynəlxalq Tələbə Dərnəkləri Federasiyası (UDEF) tərəfindən təşkil edilən XII Beynəlxalq Tələbə Görüşü keçirilib.

Newscenter.az-a İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, 63 ölkədən 300-dən çox tələbənin bir araya gəldiyi geniş tədbirdə İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi Azərbaycanı təmsil edilib. Ölkəmiz üçün ayrılmış xüsusi çadırda 2 gün boyunca həm yerli, həm əcnəbi qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında birliyin üzvləri tərəfindən geniş məlumatlar çatdırılıb.

İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin başqanı Rəşid Mustafazadənin verdiyi məlumata görə, Azərbaycana maraq olduqca yüksək idi.

“Sevindirici haldır ki, bizi ziyarət edən qonaqların əksəriyyəti ölkəmiz haqqında gözəl fikirdə idilər. Onların əksəriyyəti mədəniyyətimiz, tariximiz və müasir dövrdə Azərbaycanın qazandığı uğurlardan ağızdolusu danışır və təəssüratlarını paylaşırdılar. Təbii ki, bu, çox qürurvericidir”, - deyə Mustafazadə qeyd edib.
İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi idarə heyətinin üzvü Fəridə Nəcəfquliyeva bu cür geniş miqyaslı tədbirdə ölkəsini təmsil etməkdən fəxr etdiyini dilə gətirib.

“63 ölkə arasında xüsusi olaraq seçilməyə və maksimum dərəcədə gözəl Vətənimizi tanıtmağa çalışdıq. Ziyarətçilər əsasən muğamımız, xalçalarımız, ev sahibi olduğumuz beynəlxalq tədbirlər barədə suallar verirdilər. Qonaqlar bizlərlə söhbət etdikdən sonra Azərbaycana getmək istədikləri bildirirdilər. Məncə, bu, bizim üçün ən böyük qazancdır”, - deyə Nəcəfquliyeva əlavə edib.

Tədbir əsnasında Fərid Ələsgərov səhnə alaraq Azərbaycan mahnılarını ifa edib, Toğrul Xıdırlı, Aysel Hüseynzadə, Turqut Məmmədov, Aydan Zülfüqarlı və digərləri milli rəqslərimizi nümayiş etdiriblər.
Xatırladaq ki, bir ildir fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin əsas məqsədi azərbaycan kökənli gənclərə dəstək vermək və özlərini daha yaxşı ifadə etmələrinə yardımçı olmaq, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə tanıtmaq, "Bir millət, iki dövlət" şüarını əsas tutaraq qardaş ölkə gənclərinin əməkdaşlığını, qaynaşmasını təmin etməkdir.
Xəbəri paylaş