Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət dinlə bağlı tədrisi həyata keçirə bilər

Dövlət dinlə bağlı tədrisi həyata keçirə bilər


Gündüz İsmayılov: “Dinlə bağlı tədrisin məqsədi hamını dindar və ya din adamı etmək deyil”

Newscenter.az.30.04.2019. Din və təhsil məsələsində beynəlxalq təcrübədə əsasən 3 termindən (anlayışdan) istifadə edilir: 1. Dini tərbiyə 2. Dini təhsil. 3. Dinlə bağlı tədris”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov səsləndirib. O, bildirib ki, dini tərbiyəni yalnız ailə verə bilər, dövlət dini tərbiyə verə bilməz:

“Dini təhsili dini təhsil ocaqları verir, dövlət dini təhsil verə bilməz. Amma dövlət dinlə bağlı tədrisi həyata keçirə bilər. Dinlə bağlı tədris isə dinin, şəriətin yox, dini biliklərin verilməsini nəzərdə tutur və bu, nə dünyəviliyə, nə də konstitusiyaya ziddir”.

Komitə rəsmisi deyib ki, orta məktəblərdə riyaziyyat, fizika, ədəbiyyat və s. tədris edilir:

“Məqsəd hamını riyaziyyatçı, fizik, ədəbiyyatçı etməkdirmi? Yox! Riyaziyyatçı, fizik, ədəbiyyatçını ali məktəb yetişdirir. Orta məktəb riyaziyyat, fizika, ədəbiyyatla bağlı zəruri bilikleri verir. Dinlə bağlı tədrisin də məqsədi hamını dindar və ya din adamı etmək deyil. Sadəcə, dinlə bağlı minimum biliklər verməkdir. Bu bilikləri dövlət verməsə başqaları verəcək, amma dövlətin maraqlarına zidd şəkildə”.

Gündüz İsmayılov qeyd edib ki, artiq prosesə başlanılıb:

“Orta məktəbdə Həyat bilgisi fənni tədris edilir. Onun bir məqsədi də dini bilikləri verməkdir. Burda pis nə var ki?! Yaxud burda başa duşulməyəcək nə var ki?”.
Xəbəri paylaş