Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Miqrasiya Xidməti yeni platformasına start verir

Dövlət Miqrasiya Xidməti yeni platformasına start verir


Newscenter.az.30.04.2019. Dünyada əhali yerdəyişməsinin artması miqrasiyanın çevik və səmərəli prosedurlar əsasında idarəolunmasında elmi araşdırmalara əsaslanan siyasətlərin tətbiqini şərtləndirir.

Newscenter.az xəbər verir ki, bu məqsədlə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ölkədə miqrasiya sahəsində tədqiqatların aparılmasının təşviqi, eləcə də elmi dairələrin miqrasiyanın idarəedilməsinə cəlb edilməsi məqsədilə Azərbaycan Miqrasiya Araşdırmaları Təşəbbüsünə (AMAT) start verir. AMAT Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə yaradılan miqrasiya sahəsində peşəkar elmi fəaliyyətlə məşğul olan tədqiqatçılar və ekspertlər üçün nəzərdə tutulmuş xüsusi platformadır.

AMAT elmi dairələr və Dövlət Miqrasiya Xidməti, eləcə də Xidmətin yerli və beynəlxalq tərəfdaşları arasında işgüzar əlaqələrin qurulmasına dəstək göstərəcəkdir.
Xəbəri paylaş