Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni separatçıları Türkiyə-Azərbaycan hərbi təlimlərindən təşvişə düşüb

Erməni separatçıları Türkiyə-Azərbaycan hərbi təlimlərindən təşvişə düşüb


Newscenter.az.30.04.2019. “Erməni separatçıları mayın 1-də başlayacaq Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən narahatdırlar. Hesab edirlər ki, hərbi təlimlər zamanı Azərbaycan ordusu təmas xəttində hansısa həmlələr edə bilər”.

Newscenter.az xəbər verir ki. bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib:

“Separatçılar onu da deyirlər ki, Türkiyə ordusu Azərbaycan ordusunun güclənməsi üçün bütün imkanlardan istifadə edir, təcrübəsini bölüşür və s. İlk dəfədir ki, separatçıların bu mövzuda dediklərinin tamamıyla razıyam. Bəli, təlimlərin bir məqsədi də separatçıların qorxusunu artırmaq və onları gərgin vəziyyətdə saxlamaqdır. İndi təsəvvür edin ki, Türkiyənin Azərbaycanda hərbi bazaları olsa bu işğalçıya qarşı təzyiqi hansı səviyyəyə qaldıra bilər”.
Xəbəri paylaş